Məhkəmə qərarları › İş №2(021)-770/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-770/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-770/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 oğlunun iclas katibliyi ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “miras qalmış əmlakın vərəsələr arasında bərabər bölünırək mülkiyyət hüququnun tanınması ” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X1 mülkiyyətində olan 0.40 ha həyətyanı torpaq sahəsi vərəsələr arasında naturada bərabər bölünərək mülkiyyətin tanınması və mərhum anaları ilə tikdirdikləri evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına çağırılmalarına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “miras qalmış əmlakın vərəsələr arasında bərabər bölünırək mülkiyyət hüququnun tanınması ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılara yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar