Məhkəmə qərarları › İş №2(021)-792/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-792/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-792/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “ ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quliyeva Rəfiqə Hüseyn qızının 13.06.1993-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Азярбайъан Республикасы Мцлки Просессуал Мяъяллясинин 259.0.11ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər ərziəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “ ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri Tel:_(02020)_5-27-22 Faks: (02020) 5- 20-52 Gəncə_ küçəsi, ____4______ Elektron poctu : Elektron ünvan 14 aprel 2021-ci il № 2(021)- 792/21 Ərizəçi Həmin oğluna Ünvan: Bərdə ray. Kətəlparaq kəndi Bərdə rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(021)-792/21 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə geri qaytarılır. Qoşma: Qərardad surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Hakim : Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri Tel:_(02020)_5-27-22 Faks: (02020) 5- 20-52 Gəncə_ küçəsi, ____4______ Elektron poctu : Elektron ünvan 14 aprel 2021-ci il № 2(021)-792/21 Bərdə rayon Qeydiyyatı Şöbəsinə Ünvan: Bərdə şəh Koroğlu küçəsi 4/7 Bərdə rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(021)-792 /21 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad surəti Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar