Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-802/2021 25.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi Ərizəçilər Ərizəçi2_______________________ Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610020** JN ***6 saylı Dövlət aktında qeyd olunmuş mülkiyyətçi “X2 münasibətdə Ərizəçi1” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizələrini onunla əsaslandırmışlar ki, ona və ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli qərarı ilə 1,57 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 610020** JN ***6 saylı Dövlət aktı verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətlərindədir. Buna baxmayaraq onlara dövlət aktı verilərkən səhvən dövlət aktında onun adı “Aygül” əvəzinə “Aygün” kimi yazılmışdır. Onlar bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etmələrinə baxmayaraq orada onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Onlar da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0096 KOD 61002018 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 02 saylı qərarına əsasən Bərdə rayonu Böyük Göyüşlü kənd sakinləri Ərizəçi2, X3 və X8 oğlunun mülkiyyətinə 1,57 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 saylı 19 yanvar 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Torpağa mükliyyət hüququna dair Dövlət aktında (JN0096, KOD ********) Ərizəçi1 adı texniki səhv olaraq Aygün yazılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********51 nömrəli 12.01.2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi2 Tafdıq oğlu JN-0096 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0096 KOD 61002018 saylı Dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi2 və X1 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0096 KOD 61002018 saylı Dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi2 və X1 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0096 KOD 61002018 saylı Dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-802/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-802/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver