Məhkəmə qərarları › İş №2(021)-814/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-814/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-814/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Ərizəçi X1 Üçüncü şəxs X6 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20 noyabr 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X3 və 16 yanvar 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olunmasına, atası X11, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X11 ilə 2016-cı il tarixdə qeyri-rəsmi ailə qurub evlənmiş, birgə yaşayış dövründə 2(iki) övladları anadan olmuşdur. Lakin, başa düşmədiklərindən 20 noyabr 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X7 və 16 yanvar 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, orada isə onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə verərək 20 noyabr 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X3 doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçünçü şəxs X11 göstərmişdir ki, Ərizəçi ilə 2016-cı ildə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 20 noyabr 2017-ci il tarixdə X12 və 16 yanvar 2020-ci il tarixdə X13 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən 20 noyabr 2017-ci ildə anadan olmuş oğlu X7 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar halhazırda Ərizəçi qızı ilə birlikdə yaşayırlar. X3 atası olduğunu etiraf edir. 20 noyabr 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X12 onun oğludur. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X9 və X16 Ərizəçi və X4 2016-cı ildə ailə qurduqlarını, onların birgə nikahlarından 20 noyabr 2017-ci il tarixdə X12 və 16 yanvar 2020-ci il tarixdə X13 adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından 20 noyabr 2017-ci il tarixdə anadan olmuş oğlanları X7 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin və üçüncü şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən 04 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ 413378 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 və Ərizəçi 04 fevral 2021-ci ildə 09 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli AZ- İV 538847 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 16 yanvar 2020-ci ildə Ayhan adlı uşaqları anadan olmuşdur. 16 yanvar 2020-ci il təvəllüdlü X5 atası cavabdeh X10r. İş materiallarında olan Bərdə rayon X14 Poliklinkasının 21.01.2021-ci il tarixli 1/108 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X11 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 22.09.2017-ci il təvəllüdlü Dərgahov .... Şəmistan oğlu və 16.01.2020-ci il təvəllüdlü Dərgahov ..... Şəmistan oğlu Bərdə RMX-nın uşaq poliklinkasında qeydiyyata götürülmüşdür. Ərizəçi övladları həkim pediatr tərəfindən müayinədən keçirilmiş və sağlam olmaları təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 39-05/15 nömrəli 21.01.2021ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 20.11.2017-ci ildə Bərdə şəhərində anadan olması faktı ərizəçinin, üçüncü şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 20.11.2017-ci ildə Bərdə şəhərində anadan olması, atasının X11, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X3 20.11.2017-ci ildə Bərdə şəhərində anadan olması, atasının X11, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar