Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-818/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X12 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək DƏDRX-nin 19.12.2015-ci il tarixli ******* nömrəli çıxarışın onlara-atası X8 (vəfat etmişdir), anası X4 (vəfat etmişdir) və ona (Ərizəçi) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il təvəllüdlüdür. Ailəlidir, Bərdə rayonu Həsənqaya kənd sakinidir. DƏDRX-nin 19.12.2015-ci il tarixli ******* nömrəli çıxarışına əsasən onlara- atası X8 (vəfat etmişdir), anası X4 (vəfat etmişdir) və ona (Ərizəçi) Bərdə rayonu Həsənqaya kəndində 1,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, qeyd edilən torpağa ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair çıxarış da almışlar. Həmin torpaq sahəsi onun sahibliyində və istifadəsində olsa da ata və anasından miras qalmış torpaq sahəsini adına rəsmiləşdirə bilmir. Belə ki, DƏDRX-nin 19.12.2015-ciil tarixli ******* nömrəli çıxarışında payçılardan anasının ata adı səhvən “Məhiyəddin” kimi qeyd edilmişdir. Odur ki, DƏDRX-nin 19.12.2015-ci il tarixli ******* nömrəli çıxarışın onlara- atası X9 (vəfat etmişdir), anası X4 (vəfat etmişdir) və ona (Ərizəçi) məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6, X10 və X11 göstərmişlər ki, ərizəçi qardaşlarıdır. X1, anaları X3 və qardaşları Ərizəçi adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Seriya RX ******* saylı çıxarışda X3 ata adı səhvən Məhiyəddin kimi yazılmışdır. İş materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Həsənqaya kənd sakinləri X7, X2 və Ərizəçi mülkiyyətinə 1,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 yanvar 2021-ci il tarixli 59-05/69 saylı nikah akt qeydindən çıxarışdan müəyyən olunur ki, X14 ilə X5 08 fevral 1962-ci ildə 07 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 yanvar 2021-ci il tarixli 60-05/69 saylı ölüm akt qeydindən çıxarışın surətindən müəyyən olunur ki, X14 03 oktyabr 2011-ci ildə Bərdə rayonu Həsənqaya kəndində ölmüşdür. Bu barədə Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyində 08 oktyabr 2011-ci il tarixli 19 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bərdə rayon Həsənqaya kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 23 may 2018-ci il tarixli AZ-İ 907283 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 20 may 2018-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1975-ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X14, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********99 nömrəli 19 yanvar 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi Dövlət reyestrindən verilmiş çıxarışda anasının ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə çıxarışda düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Seriya RX ******* saylı çıxarışın X8, X4 və Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7, X2 və Ərizəçi adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Seriya RX ******* saylı çıxarışın X8, X4 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X7, X2 və Ərizəçi adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Seriya RX ******* saylı çıxarışın X8, X4 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-818/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-818/2021
04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver