Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-838/2021 27.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X1 təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “pul və Bərdə RMTM-nin Bərdə meşəbəylinin 10 saylı meşə dolayından özünə məxsus çoxlu sayda mal-qaranın çıxarılması ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : İddiaçı X1 təsərrüfatı Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 343.20 manat pulun alınaraq X1 Təsərrüfatı Mərkəzinin “Kapital Bank ”ın Bərdə rayon Şöbəsinin AZ 36 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsi, Bərdə RMTM-nin Bərdə meşəbəylinin 10 saylı meşə dolayından özünə məxsus çoxlu sayda mal-qaranın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı iddia ərizəsində Cavabdeh Ələkvər oğlunun ünvanı "Kəlbəcər rayon sakini “ yazılmaqla, dəqiq göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərini pozaraq tərtib olunduğundan iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Göründüyü kimi iddia ərizəsində mütləq tərəflərin adları, onların poçt ünvanları dəqiq göstərilməlidir. Belə ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “pul və Bərdə RMTM-nin Bərdə meşəbəylinin 10 saylı meşə dolayından özünə məxsus çoxlu sayda mal-qaranın çıxarılması ” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X1 təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “pul və Bərdə RMTM-nin Bərdə meşəbəylinin 10 saylı meşə dolayından özünə məxsus çoxlu sayda mal-qaranın çıxarılması ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verilə bilər Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-838/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-838/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver