Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-844/2021 05.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X5 katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment və alimentin məbləğinin artırılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə ümumi uşaqları olan 24.07.2018ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsinə və Bərdə Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(021)-752/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş, Cavabdeh tutularaq 09.09.2016-cı il təvəllüdlü qızları X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona ödənilən aylıq 80 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq aylıq 175 manat sabit pul məbləğində aliment, beləliklə də cavabdehdən aylıq cəmi 350 manat məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 avqust 2011-ci il tarixdə, lakin rəsmi nikah qeyd etdirmədən ər-arvad münasibətlərində olmaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 1-ci övladları olan X13 09 sentyabr 2016-cı il tarixdə anadan olmuşdur. Aralarında yaranan narazılıqlara görə 2016-cı ilin dekabr ayından etibarən ayrılaraq ayrı-ayrı yerlərdə yaşamışlar. X11 himayəsində qalmışdır. Cavabdeh uşağa maddi köməklik göstərməkdən və ona atası kimi öz adını verməkdən yayındığından ona qarşı “atalıq faktının müəyyən edilməsi və aliment tələbinə dair” iddia ərizəsi üzrə Bərdə Rayon Məhkəməsində 31 mart 2017-ci il tarixli, 2(021)-752/2017 saylı qətnaməsi ilə qət etmişdir ki, ”Cavabdeh 09 sentyabr 2016-cı il tarixdə anadan olmuş X10 atası olması faktı müəyyən edilsin. Cavabdeh 09 sentyabr 2016-cı il tarixdə anadan olmuş X4 üçün 05 yanvar 2017-ci il tarixdən etibarən hər ay 80 manat aliment tutularaq İddiaçı xeyrinə verilsin”. Cavabdeh 2017-ci ilin sentyabr ayınadək olan müddətdə 1 manat da olsun aliment ödəməsə də, həmin ayın ortalarında yaşadığı evə gəlib peşmançılığını bildirməsini və ailə münasibətlərini davam etdirmək arzusunda olduğunu bildirdiyinə görə onunla barışaraq 2017-ci ilin sentyabr ayının ortalarından 24 dekabr 2020-ci il tarixədək yenidən birlikdə Bərdə rayonu Zümürxan kəndində onun nənəsinə məxsus olan evdə yaşamaqla ər-arvad münasibətlərini davam etdirmişlər. Bu dəfə birgə yaşayışlarından 24 iyul 2018-ci il tarixdə qızları X12 anadan olmuşdur. Lakin yenə də Cavabdeh ailənin maddi ehtiyaclarını ödəməməsi, aztəminatlı ailə kimi onlara edilmiş aylıq cəmi 380 manat sosial müavinəti də alıb yalnız öz ehtiyaclarına xərcləməsi və ailədə tez-tez narazılıqlar yaratması səbəbindən onunla birgə yaşamağın artıq dözülməz olduğunu və bu halın uşaqlarının psixologiyasına, əsəb sisteminə və sağlamlığına mənfi təsir göstərməsini nəzərə alaraq onunla qəti olaraq birdəfəlik ayrılmağı qərara alıb, hər 2 uşağını da özü ilə götürərək gəlib ünvan 1 ünvanında atasının evində yaşamışdır. Onun və uşaqlarının maddi ehtiyaclarını hələlik atası Bəhruz Yusifov ödəyir və təmin edir. Uşaqları körpə olduqlarından işləmək imkanından məhrumdur. Həm də uşaqların hər ikisi xəstə olduqlarına və inkişafdan geri qaldıqlarına, beləliklə onlara daimi ana qulluğu lazım olduğundan nəzarətsiz buraxa bilmir ki, heç olmazsa günə muzd təsadüfi və ya mövsümi işlərdə işləsin. Cavabdeh isə 24 dekabr 2020-ci il tarixindən, bu günədək uşaqlarını saxlamaq üçün 1 manat da olsun pul verməmiş, onlarla maraqlanmamış, onları görməyə gəlməmiş, onların qayğısına qalmamışdır. Əmindir ki, bundan sonra da uşaqlarının saxlanması üçün könüllü olaraq heç bir maddi köməklik göstərməyəcək və uşaqlarının qayğısına qalmayacaq. Cavabdeh hətta uşaqlarının saxlanması üçün aztəminatlı ailə kimi onlara dövlət tərəfindən 2020-ci ilin iyul ayından etibarən 2 il müddətinə təyin edilmiş aylıq cəmi 380 manat sosial müavinəti də 25 dekabr 2020-ci il tarixdən sonra alıb, lakin bu pulu da gətirib verməmişdir ki, uşaqlarının ehtiyaclarına və onların saxlanmasına xərcləsin. Bu pulun plastik bank kartı Cavabdeh adınadır. Bu pulun köçürüldüyü bank isə Kapital bankın Bərdə filialıdır. Bundan başqa Cavabdeh onun barəsində aidiyyatı orqanlara müraciət edərək sözügedən aylıq cəmi 380 manat sosial müavinəti alıb mənimsəməsinin qarşısını almaq məqsədi ilə onun şəxsiyyət vəsiqəsini, həmin sosial müavinətin plastik bank kartını və uşaqlarının şəxsiyyət vəsiqələrini 24 dekabr 2020-ci il tarixdən, yəni ondan ayrıldığı gündən əvvəl evdəki saxlama yerindən gizlin götürüb gizlətmişdir və onları verməkdən imtina etmişdir. Bərdə Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(021)-752/2017 saylı qətnaməsinin qəbul edilməsindən keçən təxminən 4(dörd) ilin ərzində Cavabdeh maddi vəziyyətində yaxşılaşmaya doğru dəyişikliklər olmuşdur. O, hazırda formal olaraq Bərdə rayon Mənzil Kommunal Təsərrüfat Birliyində hansısa işdə işləməklə aylıq əmək haqqı alır, lakin orada işləməsi formal xarakterli olduğundan əsasən fərdi qaydada günəmuzd olaraq müxtəlif işlərlə məşğul olaraq qeyri-rəsmi gəlirlər əldə edir, əsasən də əhalidən kənd təsərrüfatı məhsulları tədarük edərək ticarət obyektlərinə təhvil verib yaxşı gəlir əldə edir. Odur ki, ümumi uşaqları olan Zəhra Behbudovanm saxlanması üçün onun ödəməli olduğu alimentin məbləğinin artırılaraq aylıq 80 manat əvəzinə, aylıq 175 manat müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olardı. Məhkəmə bu məsələni həll edərkən həmçinin nəzərə almalıdır ki, sözügedən məhkəmə qətnaməsi qəbul etdikdən sonra qızları Zəhra Behbudova daha 4 yaş böyümüşdür. Təbiidir ki, 6 yaşlı uşaqla 2 yaşlı uşağın maddi və mənəvi tələbatı arasında fərq də böyükdür, yəni uşaq böyüdükcə tələbatı, saxlanma xərcləri də artır, əlavə olaraq məktəb xərcləri də yaranır və s. Beləliklə də hesab edir ki, Cavabdeh ümumi uşaqları olan 24.07.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanması üçün aylıq 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, digər ümumi uşaqları olan 09.09.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(021)-752/2017 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmalı olan aylıq 80 manat sabit məbləğdə aliment pulunun isə artırılaraq aylıq 175 manat müəyyən edilməsi məhkəmə qaydasında ona qarşı iddia tələbləri irəli sürməklə mümkündür. İddiaçı məhkəməyə ərizə göndərərək uşaqları xəstə olduğundan, onları nəzarətsiz qoya bilmədiyindən, həmçinin özü yüksək təziqli xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-752/2017 saylı 31 mart 2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh 09 sentyabr 2016-cı il tarixdə anadan olmuş X10 atası olması faktı müəyyən edilmiş, bu qətnamə 09 sentyabr 2016-cı il tarixdə anadan olmuş X10 doğum haqqında qeydində müvafiq dəyişikliklər edilməsi və doğum haqqında şəhadətnamədə atasının Cavabdeh qeyd edilməsi üçün əsas olması, qətnamənin icrasının bu hissədə Bərdə rayon Qeydiyyat şöbəsinə tapşırılması, Cavabdeh 06 dekabr 2016-cı il tarixdə anadan olmuş X3 üçün 05 yanvar 2017-ci il tarixdən etibarən hər ay 80 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi, Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 fevral 2020-ci il tarixli AZ-İV 412920 saylı və 08 noyabr 2018-ci il tarixli AZ-İV 193871 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 09 sentyabr 2016-cı ildə Zəhra və 24 iyul 2018-ci ildə Zeynəb adlı uşaqları doğulmuşdur. 09 sentyabr 2016-cı il təvəllüdlü X7 və 24 iyul 2018-ci il təvəllüdlü X6 atası Cavabdehdur. İş materillarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 fevral 2020-ci il tarixli AZ-İ 392697 saylı və 08 noyabr 2018-ci il tarixli AZ-İ 357652 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Cavabdeh 09 sentyabr 2016-cı ildə İddiaçı doğulmuş X10 və 24 iyul 2018-ci ildə doğulmuş X8 atası hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyması nəticəsinə gəlməsini ədalətli hesab etmək olmaz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi ər-arvad münasibətlərindən 24 iyul 2018-ci ildə anadan olmuş X6 anası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda bir uşaq üçün 175 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda 24 iyul 2018-ci ildə anadan olmuş X6 saxlanılması üçün 120 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən 24 iyul 2018-ci ildə anadan olmuş X1 üçün alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 27 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh qazancının qeyri müntəzəm olmasını, alimentin tutulması barədə qətnamə çıxarıldıqdan sonra yaşayış minimumunun artırılaraq 175 manat məbləğində müəyyən edilməsini, cavabdehdən 09 sentyabr 2016-cı ildə anadan olmuş X2 üçün sabit pul məbləğində ayda 175 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(021)-752/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 09 sentyabr 2016-cı ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda 130 manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 500 manatdan yuxarı məbləğ təşkil etdiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. 24 iyul 2018-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 07 yanvar 2021-ci ildən başlayaraq hər ay 130(bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Bərdə Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(021)-752/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 09 sentyabr 2016-cı ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda 130 (bir yüz otuz) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə 24 iyul 2018-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-844/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-844/2021
05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver