Məhkəmə qərarları › İş №2(021)-866/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-866/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-866/2021 22.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 oğlunun iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi ” barədə ərizəsi üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 aprel 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən edilməsi, atasının X3 , anasının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə qanunda nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına daxil olmuş teleqramdan görünür ki, X3 uşağın atası olması faktının təsdiq olunmasına etiraz etdiyi bildirdi və təyin olunmuş məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə MPM-in 259.0.10-cu maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı işdən görünür ki, X3 uşağın atası olması faktının müəyyən olunmasına etiraz etdiyindən hüquq haqqında mübahisə yaranmışdır. MPM-in 259.0.10-ci maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi ” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar