Məhkəmə qərarları › İş №2(021)-906/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-906/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-906/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən qanunsuz 20 il istifadə etdiyi torpağa görə vurulmuş 158300 manat ziyanın, 25000 manat mənəvi və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə və cavabdehin zəbt etdiyi 2.18 ha torpaq sahəsindən çıxarılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonunda 1998-ci ildə aqrar islahat gedən vaxtı ona və ailə üzvlərinə 3.31 ha torpaq sahəsi JN 236 kod 61013078 saylı dövlət aktı ilə onlara verilmişdir. Belə ki, Bərdə rayonu (Mehdili) Hacallı kənd ərazisində ona məxsus torpağın 2.18 ha hissəsini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi 2001-ci ilin yanvar ayından bu günə kimi qeyri qanuni istifadə ediblər və heç bir kompensasiya ödəməyiblər. Müdafiə Nazirliyi heç bir kompensasiya ödəmədən heç bir icarə müqaviləsi bağlamadan bu 20 ildə ona 158300 manat ziyan vurulmuşdur. Beləliklə, o, sözügedən yerdə 20 ildə taxıl və yaxud yonca əksəydi daha çox gəlir əldə etmiş olardı, göründüyü kimi nəinki ona ziyan ödəməmişlər, əksinə əsəbləşdirib, hissləri ilə oynamışlar. Hətta Müdafiə Nazirliyinə vermiş olduğu ərizəyə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi cavab verir ki, Müdafiə Nazirliyinin istifadəsində olan əraziyə guya aidiyyatı yoxdur, amma onun İqtisadi İnkişaf Nazirliyinə etdiyi müraciətində X9 Komitəsi və digər strukturlar əraziyə baxış keçirtmiş, akt tərtib olunmuş və məlum olmuşdur ki, ona məxsus torpağın 2.18 hektarı Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsi tərəfindən istifadə edilir. Bununla da ona 158300 manat maddi, 25000 manat mənəvi ziyan vurulmuşdur. Bununla bağlı olaraq mütəxəssis rəyində ona vurulmuş maddi ziyan aşağıdakı kimi qiymətləndirilmişdir: 2.18 ha torpaq sahəsi 1 ildə dörd dəfə biçilməklə 2250 yonca otu kipi əldə edilir. 1 kip yonca otunun qiyməti 3 manat 50 qəpikdir. Beləliklə 20 ildə 2.18 ha torpaq sahəsindən cəmi 45 min yonca otu kipi əldə edilir. 45.000 yonca kipi x 350 = 157.500 manat. Öhdəsində qalan 1.13 ha torpaq sahəsində kələm, kök və yonca otu əkilmişdir (2001-ci ildə) yuxarıda qeyd edilən məhsullardan isə 1 ildə 800 manat ziyan dəymişdir. Beləliklə dəyən ümumi ziyanın məbləği 158.300 manat təşkil edir. Beləliklə cavabdeh tərəfin qeyri qanuni hərəkətlərin nəticəsində ona ümumilikdə 158.300 manat maddi və 25000 manat da mənəvi ziyan vurulmuşdur. Məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X7 iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəklinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ğlu xx xxxxxx 1958-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Hacallı kənddində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 saylı, 08 fevral 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır İş materiallarına əlavə olunmuş ünvan 2irəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 saylı, 24 yanvar 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı na Bərdə Rayon Aqrar İslahat Komissiyasının 1998-ci ildə verilmiş pay torpaq sahəsinin 2.20 ha hissəsi 2000-ci ildən hərbi hissəyə düşmüşdür, vətəndaş hal-hazıra kimi həmin torpaqdan istifadə edə bilməmişdir, əvəzində torpaq sahəsi ala bilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayonu, Hacallı bələdiyyəsi tərəfindən verilmiş 01 saylı, 12 yanvar 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı islahat zamanı ailəsi ilə birlikdə verilmiş pay torpaq sahəsinin 2.20 ha hissəsində 2000-ci ildən N saylı hərbi hissə yerləşdirilmişdir, həmin torpaq sahəsindən bu günə qədər İddiaçı istifadə etmir, hərbi hissə tərəfinddən tutulmuş torpaq sahəsinin əvəzinə İddiaçı torpaq sahəsi verilməmişdir. İş materiallarına əlavə olunmuş 12 yanvar 2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bərdə Rayonu Hacallı kənd sakini İddiaçı ailə üzvləri ilə birlikdə Bərdə rayonu Hacallı kəndində verilmiş 3.31 ha torpaq sahəsinin 1.13 ha hissəsindən özünün istifadə etməsi, qalan 2.18 hahissəsindən isə N saylı Hərbi hissənin istifadə etməsi aktlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş 28 fevral 2020-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı ailə üzvüləri ilə birlikdə JN 236 KOD 61013078 saylı Dövlət Aktı ilə 3.31 ha əkinə yararlı pay torpaq sahəsi mülkiyyətinə verilmiş, 2001-ci ildən vətəndaşın 3.31 ha pay torpağının 2.N ha hissəsində N saylı hərbi hissə yerləşdirilmişdir. İş materiallarında olan ünvan 2riəsi üçün nümayəndəliyi tərəfindən verilmiş 78 nömrəli 26 fevral 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Hacallı kəndində yaşayır. İş materiallarında olan JN 236, KOD 61013078 nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu, Hacallı kənd sakini İddiaçı, X2, ismayılov Elməddin Əli oğluna, X4, X8 və X1 Rayon Aqrar islahat Komissiyasının 20 aprel 1998ci il tarixli, 05 nömrəli qərarı ilə, Bərdə rayonu, Hacallı kəndinddə 3.31 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayonu Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 79 nömrəli, 26 fevral 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinə Bərdə Rayonu, Aqrar islahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə verilmiş 3.31 ha pay torpaq sahəsinin 2.20 ha hissəsindən 2000-ci ildən “N” saylı hərbi hissəyə düşmüşdür, İddiaçı 2000-ci ildən hal-hazıradək həmin torpaqdan istifadə edə bilməmiş və əvəzində başqa torpaq sahəsi ilə təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə RKC-nin direktoru X6 tərəfindən verilmiş rəydə İddiaçı Taliş oğluna dəymiş ziyanın məbləği 158.300 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(021)-1259/2021 saylı qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli müxtəsis rəyində göstərilmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.31 ha torpaq sahəsindən yalnız iddiaçı 1.13 ha hissəsindən istifadə edir, qalan 2.18 ha hissəsindən isə hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən istifadə edilir. İş materiallarından görünür ki, mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(021)-906/2022 saylı qərardadı ilə komissiyon məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Mülki iş materialları 25 avqust 2022-ci il tarixdə rəy verilmədən məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən verilmiş etirazdan müəyyən olunur ki, işə hakim Elsun Əhmədov tərəfindən baxılmasına etiraz etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-906/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı oğu tərəfindən hakim Əhmədov Elsun Məzahir oğluna qarşı verilmiş etiraz təmin edilməmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiаçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə araşdırması zamanı Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli müxtəsis rəyinə əsasən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.31 ha torpaq sahəsindən yalnız iddiaçı 1.13 ha hissəsindən istifadə edir, qalan 2.18 ha hissəsindən isə hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Lakin məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etməyərək bildirir ki, torpaq islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinin dəqiq kordinatları müəyyən edilməmiş, həmin kordinatlar dəqiqliklə göstərilməmişdir. Məhz bu səbəbdən məhkəmə tərəfindən komissiyon məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən zəruri hesab edilən məlumatlar, yəni mübahisəli torpaq sahəsinin texniki göstəriciləri ekspertizaya təqdim edilməmişdir. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli müxtəsis rəyində mübahisəli torpaq sahəsinin dəqiq kordinatları qeyd edilməmiş, iddiaçı və onun ailə üzvlərinə verilən torpaq sahəsi ilə Müdafiə Nazirliyi tərəfindən istifadə olunan torpaq sahəsinin dəqiq kordinatları müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddia tələbinin sübut edə bilmədəyindən verilmiş iddia ərizəsi təmin edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver