Məhkəmə qərarları › İş №2(021)-918/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-918/2021

02.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-918/2021 02.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Bərdə Regional X2 Cavabdeh Firdovsi oğluna qarşı “X4 X1- Əyricə meşəbəyliyinin 17 saylı meşə dolayısının 39-cu kvartalında zəbt etdiyi ərazinin boşaldılması və tikililərin sökülməsi ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : İddiaçı Bərdə Regional X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firdovsi oğlundan X4 X1-Əyricə meşəbəyliyinin 17 saylı meşə dolayısının 39-cu kvartalında zəbt etdiyi ərazini boşaldılması və tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı iddia ərizəsində Cavabdeh Firdovsi oğlunun ünvanı "Bərdə şəhər Gəncə küçəsi “ yazılmaqla, dəqiq göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərini pozaraq tərtib olunduğundan iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Göründüyü kimi iddia ərizəsində mütləq tərəflərin adları, onların poçt ünvanları dəqiq göstərilməlidir. Belə ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bərdə regional X2 Cavabdeh Firdovsi oğluna qarşı “X4 X1-Əyricə meşəbəyliyinin 17 saylı meşə dolayısının 39-cu kvartalında zəbt etdiyi ərazinin boşaldılması və tikililərin sökülməsi ” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Bərdə regional X2 Cavabdeh Firdovsi oğluna qarşı “X4 X1-Əyricə meşəbəyliyinin 17 saylı meşə dolayısının 39-cu kvartalında zəbt etdiyi ərazinin boşaldılması və tikililərin sökülməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar