Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-919/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “qəbzin etibarsız hesab olunması ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəmə müraciət edərək, “30.01.2019-cu il tarixli qəbzin etibarsız sayılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılması yolverilməzdir və ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsi ilə müəyyən edilmişdir ki, 30.01.2019-cu il tarixli qəbz iddiaçı özü tərəfindən imzalanmışdır. Həmin qəbz digər mülki işlər üzrə sübut əhəmiyyəti daşıyır. Belə ki, mülki işə əlavə olunmuş Ali Məhkəmənin 24.02.2020-ci il tarixli 2(102)- 1080/20 saylı X4 hissəsində qeyd olunur ki, cavabdehin kassasiya şikayətində həmin evin iddiaçıdan 9000 manata aldığını, pul tam ödənildikdən sonra evin onun adına sənədləşdirilməsi üçün iddiaçının vəd etdiyini, pulun verilməsi barədə iddiaçı ona qəbz versə də, lakin evin onun adına sənədləşdirilməsindən imtina etdiyini göstərmiş, lakin qeyd edilənlər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdr. Göründüyü kimi hazırkı iddia ərizəsinin predmetini təşkil edən qəbzin etibarsızlığı başqa bir mülki iş üzrə sübut olduğundan, lakin həmin sübutun məhkəmələrə təqdim edilmədiyindən və qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğundan müstəqil iddia predmetinin əsası ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4.-cü maddəsinə əsasən, ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçılara qaytarılmalıdır. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “qəbzin etibarsız hesab olunması ” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “qəbzin etibarsız hesab olunması ” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçı X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-919/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-919/2021
08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver