Məhkəmə qərarları › İş №2(021)-929/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-929/2021

04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-929/2021 04.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında” tələbinə dair ərizə verərək Cavabdeh ilə 2(021)-276/2020 saylı verilən qətnaməyə əsasən cavabdehlə uşağın ünsiyyətinin qətnaməsinin qərarının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçı 2(021)-276/2020 saylı iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış qətnamələrin həmin məhkəmələr tərəfindən ləğvi qanunla yol verilməzdir. Rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış qətnamələrdən narazılıq olduğu halda, qətnamədən qanunla nəzərdə tutulmuş qaydada və müddətdə yuxarı instansiya məhkəmələrinə (ərazi aidiyyəti üzrə Gəncə Apelyasiya Məhkəməsinə) apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: imzа var Əsli ilə düzdür: Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar