Məhkəmə qərarları › İş №2(021)-948/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-948/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-948/2021 15.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı iştirakları ilə , İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “nikahın pozulması “ tələbinə dair və İddiaçınnın Cavabdeh qarşı “aliment “ tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən azyaşlı uşaqları 29 iyul 2009-cu il təvəllüdlü X3, 06 avqust 2011-ci il təvəllüdlü X1, 21 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində ,cəmi 525 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı aydın olmuşdur ki, hər iki işdə iştirak edən şəxslər eynidir və işin ətraflı araşdırılması, tərəflərin məhkəməyə dəfələrlə gedib gəlməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “nikahın pozulması “ tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-880/2021 saylı mülki iş İddiaçınnın Cavabdeh qarşı “aliment “ tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-948/2021 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar