Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-949/2021 19.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh1 Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh1 rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh2 onların mülkiyyətlərində olan Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarı ilə verilmiş cəmi 1,41 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə təqdim edərək sənədlərinin hazırlıq iclasından özünə qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı2 ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh1 Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair vermiş olduğu iddia ərizəsi iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh1 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-949/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-949/2021
19.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver