Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-965/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 21 sentyabr 1965-ci il tarixdə Ermənistanın Vardenis rayonunun Əzizli kəndində anadan olmağı, atası X14, anası Hüseynova Yamən Sarı qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 sentyabr 1965-ci ildə Ermənistanın Varedins rayonunun Əzizli kəndində anadan olub, atası X14, anası isə Hüseynova Yamən Sarı qızıdır. O, anadan olduğu zaman valideyinləri ona doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə gedib. Lakin məlum Qarabağ hadirsələri ilə əlaqədar qaçqın gəldikləri zaman onun doğum haqqında şəhadətnaməsini Ürmənistanda qoyub gəlmişlər. Ermənistandan gəldiyi zaman onun qırmışı passportu var idi, daha sonra qırmızı pasportu ilə şəxsiyyət vəsiqəsi almışdır, həmin şəxsiyyət vəsiqəsi ilə xarici pasport almış, nikaha girmiş, nikah haqqında şəhadətnamə almışdır. Lakin doğum haqqında şəhadətnamənin kötüyü Ermənistanda qalmışdır. Hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət edib, orda isə ona bildirirlər ki, onun doğum akt qeydilə əlaqədar Qeydiyyat şöbəsində heç bir məlumat yoxdur və bunun üçün də məhkəməyə müraciət etməyimi məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Bərdə rayon, Yenidaşkənd kənd ərazi dairəsi üzrə icra nümayəndəsi X3 bildirmidir ki, Ərizəçi Yenidaşkənd kəndində yaşayır, onu həmkəndlisi və bir kənd sakini kimi tanıyır. Ərizəçi xx xxxxxxxx 1965-ci ildə Ermənistanda anadan olub, Anadan olduğu zaman valideyinləri ona doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə qedib. Daha sonra isə, o, həmin doğum haqqında şəhadətnamə ilə qırmızı pasport alıb, nikaha daxil olub. Lakin məlum Qarabağ hadisələri ilə əlaqədar Ermənistanı tərk edərkən sənədləri orda qalıb, atası X14, anası Hüseynova Yamən Sarı qızı dır. Məhkəmə iclasında Bərdə Rayon Yenidaşkənd kənd ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Hüseynov Nuru Bəhrəm oğlu və Bərdə Rayonu Yenidaşkənd kənd bələdiyyəsinin sədri X8, şahid Cahangirov Sabir Məhəmməd oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan ASAN-BƏRDƏ tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1965-ci ildə Ermənistanın Vardenis rayonunda doğulmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş AZE 1P4773932 nömrəli pasportun surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1965-ci ildə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli 94 saylı Bərdə rayon İcra hakimiyyəti Başçısının Yenidaşkənd kənd Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır. İş materiallarında olan Ermənistan SSR Vardenis rayonu, Nərimanlı kənd soveti tərəfindən verilmiş 470414 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi X4 ilə 25 yanvar 1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli, 79-05/15 nömrəli məktubla müəyyən olunur ki, Ərizəçi şöbəyə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, doğumfaktının müəyyən edilməsi səlahiyyətləri xaricindədir, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Ərizəçi fərdi uçot kartoçkasının surətindən müəyyən olunur ki, Ərizəçi 21 snetyabr 1965-ci ildə Ermənistan Respublikasının Varednis rayonunun Əzizli kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İ 661064 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 12 avqust 2014-cü ildə Bərdə rayonu, Yenidaşkənd kəndində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin bərpası üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. xx xxxxxxxx 1965-ci ildə Hüseynov Vəli Səfdər oğlunun Ermənistanın Vardenis rayonunun Əzizli kəndində anadan olması, atası X14, anası Hüseynova Yamən Sarı qızı olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-965/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-965/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver