Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-973/2021 05.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh hər ay hər uşağın saxlanılması üçün 174 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh Tovuz rayonu Hunanlar kəndində qeydiyyatdadırlar. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə tərəflər Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olduqlarından mülki iş Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən aidiyyatı üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 35.1, 45, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A L D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-973/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-973/2021
05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver