Məhkəmə qərarları › İş №2(021)-974/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-974/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-974/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı Ağa qızının, Cavabdeh Süleyman oğlunun iştirakı ilə İddiaçı Ağa qızının Cavabdeh Süleyman oğluna qarşı uşağın üç yaşınadək saxlanılması üçün pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə e t d i m: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Süleyman oğlundan övladı 11 avqust 2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək baxılması üçün hər ay 100 manat pul tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Süleyman oğlu ilə 17 noyabr 2018-ci il tarixdə nikaha daxil olaraq rəsmi ailə qurmuşdur. Rəsmi nikahan 11 avqust 2019-cu il təvəllüdlü İsmayılzadə Yusif İsmayıl oğlu adlı övladları anadan olmuşdur. Nikahları Bərdə Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, 11 avqust 2019-cu ildə anadan olan X3 onun himayəsində qalması və Yusifin saxlanılması üçün hər ay 14 avqust 2020-ci ildən başlayaraq 140 manat miqdarında alimentin Cavabdeh Süleyman oğlundan tutulub ona verilməsi qət edilmişdir. Oğlu X1 olduğunu, onun ehtiyaclarının ödənilməsinin lazım olduğunu, özünün heç bir yerdə işləmədiyini, cavabdehin isə taksi sürücüsü işlədiyini, qazancının yaxşı olduğunu, buna görə də azyaşlı uşaqları Yusifə baxmaq üçün hər ay cavabdehdən 100 manat pulun alınıb ona verilməsi barədə məhkəməyə iddia ərizəsi yazmaq qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı izahatında əlavə olaraq bildirdi ki, həmin iddia ilə tələb etdiyi 100 manata ehtiyacı yoxdur, sadəcə olaraq cavabdeh uşaqla maraqlanmadığı üçün belə bir iddia vermişdir. Məhkəmə iclasında cavabdeh İsmayılzadə İsmayıl Süleyman oğlu iddianı qəbul etməyərək və göstərmişdir ki, 17 noyabr 2018-ci ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə nikahları məhkəmə qaydasında pozulmuşdur, ayrılandan sonra azyaşlı uşağı iddiaçının yanında qalmışdır. Heç bir yerdə işləmədiyini, hər ay uşağa saxlanılması üçün iddiaçıya 140 manat aliment ödədiyini bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qarayusifli Kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2019-cu il tarixli AZ-İV 308137 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə rəsmi nikahından 11 avqust 2019-cu il təvəllüdlü Yusif adlı uşaqları anadan olmuşdur. 11 avqust 2019-cu il təvəllüdlü İsmayılzadə Yusif İsmayıl oğlunun atası cavabdeh Cavabdeh Süleyman oğludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd olunan maddənin məzmunundan görünür ki, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfdən aliment tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah pozulmuş, hazırda onlar ayrı yaşayırlar, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları iddiaçının himayəsindədir, cavabdeh iddiaçıya hər ay 140 manat aliment pulu ödəyir, iddiaçı cavabdehin uşağın 3 yaşı tamam olanadək aliment ödəməsi üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, həmçinin iddiaçının etirafı üzrə onun 100 manata ehtiyacı yoxdur və sadəcə olaraq cavabdehi narahat etmək məqsədilə bu cür iddia vermişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20, 22-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı İddiaçı qızının Cavabdeh Süleyman oğluna qarşı uşağın üç yaşına çatanadək baxılması üçün iddiaçıya hər ay 100 manat pul ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar