Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-977/2021 15.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı cavabdehin qeyri qanuni hərəkətinə son qoyulması və arx yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə rayon Otuzikilər kəndində yerləşən arx yolunun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh X4 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iştirak etmədiyindən mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, odur ki, qanunamüvafiq olaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağrışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı cavabdehin qeyri qanuni hərəkətinə son qoyulması və arx yolunun açılması tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-977/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-977/2021
15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver