Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-982/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Аbbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh, Maraqlı şəxsnə qarşı “həyətyanı torpaq sahəsində əlavə darvazanın açılması ”tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri ünvan 1 ünvanda həyətyanı torpaq sahəsində əlavə darvazanın açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri özləri qaytarmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsi imzalanmamışdır. Аzərbaycan Respublikası Мülki Prosesual Мəcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh, Maraqlı şəxsnə qarşı “həyətyanı torpaq sahəsində əlavə darvazanın açılması” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-982/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-982/2021
08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver