Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-2116/2025 16.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evində yaşamaq hüququnun bərpa edilməsi, cavabdehin qanunsuz inşa etdiyi tikilinin, evin sökülərək həyətyanı torpaq sahəsinin boşaldılması tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təhlükəsizliyi təmin edilməklə evində yaşamaq hüququnun bərpa edilməklə, Cavabdeh qanunsuz inşa etdiyi tikilinin, evin sökülərək həyətyanı torpaq sahəsinin boşalsılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, doğulduğu və qeydiyyatda olduğu Günəşli kəndində 268a. Kod 80805018 saylı 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən mənzildə yaşamag hüququnun bərbasını və Cavabdeh ona məxsus olmyan bu torpaq sahəsinsdə qanunsuz inşa etdiyi tikilinin sökülməsinin təmin edilməsini xahiş etmişdir. Bu evdə o, anası X4, X2 oglu, JN 268a, kod 80805018 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə 0.25 ha da qeydiyatdadır, lakin 1993-cü ildən itkin düşmüş Qardaşı X2 oglu, X6 oglu, X7 oglu, bacısı X1 da bu mənzildə doğulmuşlar.Bu gün əmlak payı bölgüsü hüquqi müstəvidə müəyyənləşdirilmədən Cavabdeh qanunsuz olaraq 0 25 ha həyətyanı toroaq sahəsində mənzil inşa etmişdir və onu fiziki zor tədbiq edərək daimi yaşadığı mənzildən qovmuşdur. Cavabdeh oglu ona fiziki xəsarət yetirərək öldürməklə təhdid etməklə mənzilinə buraxmır, əmlakını mənimsəmişdir. Məhkəmə iddia ərizəsini tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavbdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavbdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddia ərizəsindən görünür ki, MPM-nin 149-cu maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməmiş, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı və eyni zamanda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İddia ərizəsindən görünür ki, cavabdehə qarşı bir-biri ilə əlaqəsi olmayan bir-neçə tələb birləşdirilmişdir. MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir-neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir-neçə tələb birləşdirildikdə; Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı qeydiyyatda doğulduğu evdə yaşamaq hüququnun bərpası,qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı evində yaşamaq hüququnun bərpa edilməsi, cavabdehin qanunsuz inşa etdiyi tikilinin, evin sökülərək həyətyanı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(022)-2116/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-2116/2025
16.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver