Məhkəmə qərarları › İş №2(023)-30/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-30/2023

20.04.2023 · Sair işlər - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-30/2023 20.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı1, Cavabdeh1 və onun vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qazax rayon Notariat Kontoruna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qazax rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-612 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Qazax şəhəri, Azadlıq küçəsi ev 125 ünvanında yerləşən 0,072 ha torpaq sahəsi və ümumi sahəsi 136,7 kv.m-dən ibarət olan fərdi yaşayış evi babaları X9 və nənələri X4 mülkiyyətində olmuş və həmin yaşayış evi tam mülkiyyət hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ataları X13 adına keçmişdir. Lakin həmin fərdi yaşayış evi mülkiyyət hüququ ilə ataları Yaşarın adına keçərkən onlara məlum olmayan səbəbdən atalarının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin evin ünvanı ünvan 2r evləri olmuş və hazırda da bir ev mövcuddur. xx.xx.2015-ci il tarixdə ataları X23 vəfat etdikdən sonra Qazax şəhəri, Azadlıq küçəsi ev 125 ünvanında yerləşən həmin fərdi yaşayış evinin tam mülkiyyət hüququ anaları Cavabdeh1 adına keçmişdir. Bundan sonra anaları Mehriban onların xəbəri olmadan həmin evi Qazax rayon Notariat Kontorunun xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Onlar evin bağışlanması barədə anaları məhkəməyə müraciət etdikdən sonra bilmişlər, analarından soruşduqda o, həmin evi görüntü xarakteri olaraq cavabdehə bağışladığını və həmin müqavilənin onun şəxsi iradə ifadəsi ilə bağlanmadığını bildirmişdir. Həmin müqavilənin bağlanması üçün qızı Günay onu aldatmış, ona təzyiqlər etmişdir. Həmin müqavilə bağlandıqdan sonra iki il keçməsinə baxmayaraq cavabdeh Günay həmin fərdi yaşayış evini mülkiyyətinə keçirməmişdir. Müqavilə bağlandıqdan hal-hazıradək bütün kommunal xərclər anası Mehribanın adınadır və xərcləri anası ödəyir. xx.xx.2021-ci il tarixli Qazax rayon məhkəməsinin məhkəmə aktından sonra onlara məlum olmuşdur ki, həmin müqavilə bağlanarkən onlar həmin evdə qeydiyyatda olmalarına və anaları Zaurun ailəsi ilə birlikdə həmin evdə yaşamalarına baxmayaraq cavabdeh Qazax rayon Notariat Ofisinə guya anaları Mehribanın həmin evdə tək qeydiyyatda olması barədə saxta arayış təqdim etmişdir. Həmin arayışa Qazax RİH başçısının şəhər İƏD üzrə nümayəndəsinin əvəzinə başqa şəxs imza etmişdir. Buna görə də bağışlama müqaviləsi bağlanarkən onların razılığı alınmamışdır. Bununla da bağışlama müqaviləsi bağlanarkən onların evdən istifadə hüquqları pozulmuşdur. Hazırda cavabdeh həmin evi əri Cavabdeh3 bağışlamış, o da anaları Mehribana və onlara qarşı evdən çıxarma tələbi ilə bağlı məhkəmədə iddia qaldıraraq onları evdən çıxarmaq istəyir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, uzun illərdir ki, həmin evdə yaşayır. Bağışlama müqaviləsi tərtib olunarkən Cavabdeh2 təqdim etdiyi saxta arayışa əsasən onların razılığı alınmamış və bununla da onun evdən istifadə hüquqları pozulmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, mübahisəli ev onlara atasından miras qalıb, atası vəfat etdikdən sonra da anasının mülkiyyətinə verilib. Anası Mehriban onların xəbəri olmadan həmin evi Cavabdeh2 bağışlamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Qazax rayonu Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. İş materiallarına əlavə olunan Qazax rayon notariat kontorunda 4Ə-612 reyestr nömrəli notariat işi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında mülkiyyətində olan, 0,072 ha torpaq sahəsini və torpaq sahəsində yerləşən ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, ünvan 3 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2019-cu il tarixdə dövlət reyestrində 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, ünvan 3 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2020-ci il tarixdə dövlət reyestrində 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Qazax şəhəri, Azadlıq küçəsi 125 ünvanında Cavabdeh1, X2, X16, X5, X14, X10, X11, X15, X6, X17, X19, X3, İddiaçı2, İddiaçı1, X24, X20, X21 və X29 qeydiyyatdadırlar. İş materiallarında olan Qazax RİHB-nın Qazax şəhəri üzrə nümayəndəsinin verdiyi xx.xx.2016-cı il tarixli 11-21/982 saylı arayışdan görünür ki, mərhum X23 vəfat edən günədək ünvan 3 ünvanında yaşamışdır, ölənə kimi onunla birlikdə yaşamış və yaşamağa dava edən ailə üzvləri - Cavabdeh1, İddiaçı1 və İddiaçı2 qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qazax şəhəri, Azadlıq küçəsi 125 ünvanlı fərdi yaşayış evinə keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 1921 qeydiyyat nömrəsi ilə X1 adına qeydiyyata alınmışdır. X4 fərdi yaşayış evi tam, X9 torpaq sahəsi tam olmaqla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində adına ünvan 3 ünvanlı fərdi yaşayış evi qeydiyyata alınmış, həmin əmlak Qazax rayon Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 2V- 333, 2V-334 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında ********* qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində X13 adına rəsmiləşdirilmiş və həmin əmlak Qazax rayon Notariat kontorunun xx.xx.2016-cı il tarixli 2V-219 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 isə Qazax rayon Notariat Kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-612 reyestr nömrəli Bağışlama müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmış və Cavabdeh2 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə- 162 reyestr nömrəli Daşınmaz əmlakın Bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilərək Cavabdeh3 adına Daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 3 ünvanlı fərdi yaşayış evi Qazax rayon Notariat kontorunun xx.xx.2016-cı il tarixli 2V-219 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 isə həmin evi Qazax rayon Notariat Kontorunda tərtib olunmuş xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Sonradan Cavabdeh2 həmin evi əri Cavabdeh3 bağışlamış və ev Daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır. İddiaçılar həmin evdə qeydiyyatda olmalarına baxmayaraq bağışlama müqaviləsi bağlanarkən onların razılığı alınmamasını, bununla da bağışlama müqaviləsi bağlanarkən onların evdən istifadə hüquqları pozulduğunu qeyd edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar qeyd olunan bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etsələr də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız ǝqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki 337.2-ci maddəsində deyilir ki, ǝqd Barəsində mübahisə edildikdə oqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə Edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər Tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli aqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız ǝqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür aqd bağlandığı andan etibarsızdır. Belə ki, əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, əqd kimi bağışlama müqaviləsinin Mülki Məcəllənin 666.1-ci maddəsində müəyyən edilən tərifinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Maddənin hüquqi təfsiri nəticəsində bu nəticə hasil olur ki, hədiyyə verən öz əmlakını bağışlaya bilər. Yəni bağışlama hərəkəti yalnız əmlakın mülkiyyətçisinin iradə ifadəsinin təzahürüdür. Bağışlama müqaviləsinin əsas xüsusiyyətlərindən biri hədiyyə verənin hədiyyəni bağışlamaq niyyətinin olmasıdır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti, hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu qavlodiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqavilasi yalniz hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiyasini Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan səxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyya verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır». Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq, qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Belə ki, Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia vera bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Yuxarıda da qeyd edilən, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə müəyyən olunur ki, Cavabdeh1 ona məxsus ünvan 3 ünvanında mülkiyyətində olan 0.072 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 136.7 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus 136.7 kv.m olan fərdi yaşayış evini 0.072 ha torpaq sahəsi ilə birlikdə qızı - Cavabdeh2 bağışlamışdır. Müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş, Cavabdeh1 əl imzası ilə imzalanmış, Qazax rayon notariat kontoru tərəfindən təsdiqlənmişdir. Hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanmalıdır. Lakin mübahisələndirilən bağışlama müqaviləsində hədiyyə alan tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt müəyyən olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək qızı Cavabdeh2 bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qazax rayon Notariat Kontoruna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsiin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver