Məhkəmə qərarları › İş №2(023)-795/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-795/2024

19.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-795/2024 19.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası DƏDKR PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin və miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə 19 sentyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası DƏDKR PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Qazax rayon notariat ofisindən cavabdehlərə verilmiş X14 mirasından payların müəyyən edilməsi barədə 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X7 mirasından payların müəyyən edilməsi barədə 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, cavabdehlər arasında Qazax rayon notariat ofisində 01 mart 2023-cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəsi ilə bağlanmış miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evində, 1.5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, 0.3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və 0.0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində babaları (qaynatası) X14 və nənələri (qaynatası) X7 ümimi birgə mülkiyyətdə olan payına düşən hissəsindən atalarına (ərinə) münasibətdə vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 Saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 1.5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi babaları (qaynatası) X23, nənələri (qaynanası) X7 və X8 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. X23 və X15 ataları (əri) X16 ata-anasıdır. 08 oktyabr 2006-cı iİ tarixdə babaları X23 vəfat etmişdir. 27 may 2022-ci il tarixdə X15 vəfat etmişdir. Ataları (əri) X24 08 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Onlar vərəsə olaraq atalarından qalan mirası həm notarial və həm də faktiki olaraq qəbul etmişlər. Babaları (qaynatası) X23 və nənələri (qaynanası) X7 mirasından onlar pay almalı olduqları halda Qazax rayon notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə miras payları müəyyən edilməmişdir. Qazax rayon notariat ofisi 01 mart 2023-cü il tarixdə qanunsuz olaraq fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində baba və nənəsinin ümimi birgə mülkiyyətdə olan payına dair 2V-117 və 2V-119 reyestr nömrəsi ilə və 13 aprel 2023-cü il tarixdə qanunsuz olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələrində baba və nənələrinin ümimi birgə mülkiyyətdə olan payına dair 2V-195 və 2V-197 reyestr nömrəşi ilə cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Babalarının vəfatı günündən sonra atası X24 nənəsi ilə birlikdə ondan qalmış mirası idarə etməklə əmlaka sahiblənmişdir. Hətta bu miras qalmış həyətyanı torpaq sahəsinin bir qismini ataları X24 çəpərləyərək özünün mülkiyyətində olan torpaq sahəsinə qatmaqla istifadə etmişdir. Bundan başqa nənələri X15 atasından sonra vəfat etmişdir və onlar atalarının varisi olaraq nənələrindən qalmış mirası idarə etməklə sahiblənmişlər, nənələrindən miras qalmış həyətyanı torpaq sahəsinin bir qismi hələ də onların istifadəsindədir. Buna görə də baba və nənəsinin mirasından atasına düşən pay hissəsində payları müəyyən edilməlidir. Atasının vəfatından sonra bu əmlakı idarə etmişlər. Atalarının mirasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Buna baxmayaraq cavabdehlər qanunsuz olaraq onları gizlətməklə mirasdan tək özləri pay almışlar. Qazax rayon notariat ofisi tərəfindən 01 mart 2023-cü il tarixdə qanunsuz olaraq fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində baba və nənəsinin ümimi birgə mülkiyyətində olan payına dair verilmiş 2V-117 və 2V-119 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və 01 mart 2023-cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəli miras payın bağışlanması müqavilələri əsasında ünvan 1ində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Əvvəlki məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2 və X21 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o, 1986-cı ildə X24 ailə quraraq X3na məxsus evə gəlin köçmüşdür. X10 ilə birgə nikahından xx.xx.1988-ci ildə İddiaçı2, xx.xx.1990-cı ildə X28 doğulmuşdur. Cavabdeh2 isə 1991-ci ildə X18 məxsus evə gəlin köçmüşdür. X3 08 oktyabr 2006-cı iİ tarixdə, X13 08 avqust 2021-ci il tarixdə, qaynanası X15 isə 27 may 2022-ci il tarixdə vəfat etmişdir. X13 atası X23 vəfat etdikdən sonra onun həyətyanı torpaq sahəsinin bir hissəsini çəpərləyib istifadə edərək özününkü kimi sahiblənmişdir. X6 vəfatından sonra isə o və övladları vərəsə olaraq əri X11 qalan mirası həm faktiki, həm də notarial olaraq, X3ndan və qaynanası X4 qalan mirası isə faktiki olaraq qəbul etmişlər. Qeyd olunan mirasdan onlar pay almalı olduqları halda Qazax rayon notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə miras payları müəyyən edilməmişdir. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, qeyd olunan torpaq sahəsi ona məxsusdur. İddiaçı Nümayəndə 3 ildir ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,08 ha hissəsinə hasar çəkərək zəbt etmişdir və onun istifadəsindədir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 vəkili Vəkil iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, hazırda Qazax Rayon Məhkəməsinin icraatında Cavabdeh2 və Cavabdeh3 Nümayəndə qarşı “cavabdeh tərəfindən torpağına çəkilmiş hasarın onun torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin zəbtdən azad olunması və maneənin aradan qaldırılmasın tələbinə dair iddia tələbi vardır. Həmin iddiada cavabdehlər Nümayəndə mirası faktiki qəbul etməsini etiraf etmişlər. Cavabdehlər Notariat ofisinə vərəsələrin dairəsini gizlədilməklə müraciət edərək miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış almışlar. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Qazax rayon Notariat Ofisi və Azərbaycan Respublikası DƏDKR PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, X24 atası X23, anası X15 olmaqla xx.xx.1961-ci ildə doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X24 ilə X22 xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, atası X24, anası Nümayəndə olmaqla xx.xx.1988-ci ildə İddiaçı2, xx.xx.1990-cı ildə X28 doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X23 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X24 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X15 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə materiallarından görünür ki, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-132A KOD 50100088 saylı Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.29 ha həyətyanı torpaq sahəsi X23, X15 və X8 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in verdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi ümumi birgə X23, X15 və X8 adına qeydə alınmışdır. “Torpağa Mülkiyyət hüququna dair” JN-132A KOD 50100088 saylı Dövlət Aktının surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə 1,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X23, X15 və X8 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə X23, X15 və X8 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə X23, X15 və X8 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə X23, X15 və X8 adına qeydə alınmışdır. 2V-329 saylı xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16 vərəsələri Nümayəndə, İddiaçı2 və İddiaçı3dır və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. 2V-195 saylı xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X14 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. 2V-196 saylı xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. 2V-197 saylı xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in verdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə Cavabdeh2 və Cavabdeh3 adına qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli, ZM-62 saylı bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X12 miras qalmış miras payını, yəni ünvan 1i ünvanında mülkiyyətində olan 0,29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evindən payına düşən miras payını Cavabdeh3 bağışlamışdır. xx.xx.2023-cü il tarixli, ZM-63 saylı bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış miras payını, yəni ünvan 1i ünvanında mülkiyyətində olan 0,29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evindən payına düşən miras payını Cavabdeh3 bağışlamışdır. xx.xx.2023-cü il tarixli, ZM-64 saylı bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış miras payını, yəni ünvan 1i ünvanında mülkiyyətində olan 0,29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evindən payına düşən miras payını Cavabdeh3 bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in verdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0,29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evi 2/3 hissə Cavabdeh3, 1/3 hissə Cavabdeh2 adına qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Nümayəndə xx.xx.1986-cı il tarixdə X24 rəsmi nikah qeydiyyatından keçməklə X18 məxsus evə gəlin köçmüşdür və hazıradək həmin evdə yaşayır. X10 ilə birgə nikahından xx.xx.1988-ci ildə İddiaçı2, xx.xx.1990-cı ildə X28 doğulmuşdur. X17 xx.xx.2006-cı il tarixdə, X23 08 oktyabr 2006-cı iİ tarixdə, X24 08 avqust 2021-ci il tarixdə, X15 isə 27 may 2022-ci il tarixdə vəfat etmişdir. X23, X17 və X15 vəfat etdikdən sonra onlardan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 Saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.metr olan fərdi yaşayış evi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 1.5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. İddiaçılar atası (əri) X19 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Buna baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 qanunsuz olaraq iddiaçıları (digər vərəsələri) gizlətməklə Qazax rayon notariat ofisi tərəfindən 01 mart 2023-cü il tarixdə qanunsuz olaraq fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə X23 və X4 miras qalmış miras payına dair verilmiş 2V- 117 və 2V-119 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və 01 mart 2023-cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəli miras payın bağışlanması müqavilələri əsasında ünvan 1ində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.metr olan fərdi yaşayış evinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsincən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Bu səbəbdən iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamələrin və miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi vacib hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. İş üzrə vərəsəlik mərhum X23 oğlunun ölümü ilə 2006-cı ildə açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246.1-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı tələbi ilə bağlı iddiaçıların subyektiv hüquqa malik olubolmamaları müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. İş materiallarından və işdə iştirak edən şəxslərin izahatından görünür ki, iddiaçılar miras əmlakı həm faktiki, həm də qanunla müəyyən edilmiş qaydada qəbul etmişlər. Eyni zamanda cavabdehlərin məhkəmə iclasında verdikləri izahatla və Qazax Rayon Məhkəməsinin icraatında olan Cavabdeh2 və Cavabdeh3 Nümayəndə qarşı “cavabdeh tərəfindən torpağına çəkilmiş hasarın onun torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin zəbtdən azad olunması və maneənin aradan qaldırılmasın tələbinə dair iddia tələbi vardır ki, həmin iddiada cavabdehlər Nümayəndə mirası faktiki qəbul etməsini etiraf etmişlər. Belə ki, qeyd edilən iddia tələbinin məzmunundan da görünür ki, X24 atası X14 mirası olaraq onun həyətyanı torpaq sahəsinin bir hissəsini miras olaraq çəpərləyərək özününkü kimi sahiblənmişdir. Bu özlüyündə onu göstərir ki, X12 qalan miras onun oğlu X24 tərəfindən qəbul edilmişdir. Bundan başqa X15 vəfat etdikdən sonra oğlunun uşaqları iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 miras qalmış torpaq sahəsini sahiblənərək idarə etməkdə davam etmişlər. Bununla da atalarına (ərinə) münasibətdə miras payını qəbul etmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar mirası qəbul etdiklərindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmuşlar. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, mərhum X16 vərəsələri Nümayəndə, İddiaçı2 və İddiaçı3 notariusa ərizə verməklə və miras əmlaka sahiblik etməklə mərhumlar faktiki olaraq mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmişlər. Bununla da, iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 X24 08 avqust 2021-ci il tarixdə öldükdən sonra ondan qalmış mirası faktiki qəbul etmişlər, 27 may 2022-ci ildə X15 öldükdən sonra ondan qalmış mirası qəbul etmişlər. Məhkəmə iddia tələbinin Qazax rayonu Notariat ofisində mərhum X23 və X4 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli, 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materiallarından görünür ki, mərhum X16 vərəsələri Nümayəndə, İddiaçı2 və İddiaçı3 notariusa ərizə verməklə və miras əmlaka sahiblik etməklə faktiki olaraq mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etdiklərindən Qazax rayonu Notariat Ofisində X2 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli və X4 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə yalnız Cavabdeh2, Cavabdeh3 vərəsəlik hüquqları tanındığından Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi X12 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli və X4 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsızlığı hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə, Qazax rayonu Notariat Ofisində X2 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli və X4 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməlidir. İddia tələbi X12 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli və X4 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı hissəsində əsaslı olduğundan Cavabdeh2 ilə Cavabdeh3 arasında Qazax rayon notariat ofisində 01 mart 2023-cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəsi ilə bağlanmış miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ilə Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23- 10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bu baxımdan məhkəmə hesab edir ki, ünvan 1ində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında Qazax rayon notariat ofisində 01 mart 2023-cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edildiyindən onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinin Cavabdeh2 ilə Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 ilə Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Mirası qəbul etmiş vərəsələrin paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, mərhum X14 vərəsələri arvadı X15, oğlu X19 münasibətdə Nümayəndə, İddiaçı2 və İddiaçı3, oğlu X9 münasibətdə isə Cavabdeh3 qanun üzrə vərəsələr olmaqla vərəsəlikdə payları bərabər hesab olunmalı, həmçinin mərhum X7 vərəsələri oğlu X19 münasibətdə İddiaçı2 və İddiaçı3, oğlu X9 münasibətdə isə Cavabdeh3 qanun üzrə vərəsələr olmaqla vərəsəlikdə payları bərabər hesab olunmalıdır. X2 miras qalmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payı hissəsinin ½ hissəsinə X19 münasibətdə Nümayəndə, İddiaçı2 və İddiaçı3, ½ hissəsinə X9 münasibətdə isə Cavabdeh3 payı müəyyən edilməli, X1 miras qalmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payı hissəsinin ½ hissəsinə X19 münasibətdə İddiaçı2 və İddiaçı3, ½ hissəsinə X9 münasibətdə isə Cavabdeh3 payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Nümayəndə, İddiaçı2 və İddiaçı3 ataları X24 vasitəsilə X23 və X4 qalmış mirası qəbul etməsi müəyyən edilsin. Qazax rayonu Notariat Ofisində X2 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. Qazax rayonu Notariat Ofisində X1 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. Qazax rayonu Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında 01 mart 2023-cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəsi ilə bağlanmış miras payın bağışlanması müqavilələri etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh2 ilə Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 ilə Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. X2 miras qalmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı hissəsinin ½ hissəsinə X19 münasibətdə Nümayəndə, İddiaçı2 və İddiaçı3, ½ hissəsinə X9 münasibətdə isə Cavabdeh3 payı müəyyən edilsin. X1 miras qalmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı hissəsinin ½ hissəsinə X19 münasibətdə İddiaçı2 və İddiaçı3, ½ hissəsinə X9 münasibətdə isə Cavabdeh3 payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar