Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-24/2024 11.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 95.6 kv.m, olan fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsindən özlərinə məxsus 2/10 hissənin naturada ayrılması və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması tələbi” -nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən 95.6 kv.m, olan fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsindən özlərinə məxsus 2/10 hissənin naturada ayrılması və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək hazırki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266, 268-ci, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 95.6 kv.m, olan fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsindən özlərinə məxsus 2/10 hissənin naturada ayrılması və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması tələbi” -nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən və ya alındıqdan sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-24/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-24/2024
11.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver