Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-38/2024 01.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3 və İddiaçı5 iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" ASC-nin Qax rayon elektrik şəbəkəsinə qarşı “İddiaçı1 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0,08 ha torpaq sahəsi, İddiaçı2 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı3 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı4 məxsus Qax şəhəri, “Daşlı qoruq” sahəsindəki 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı5 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin sökülüb digər yerə köçürülməsi vəzifəsini cavabdeh Azəreneji ASC-nin Qax rayon elektrik şəbəkəsinin vəzifəli şəxsinə həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" ASC-nin Qax rayon elektrik şəbəkəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı1 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin, İddiaçı2 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı3 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı4 məxsus Qax şəhəri, “Daşlı qoruq” sahəsindəki 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı5 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin sökülüb digər yerə köçürülməsi vəzifəsini cavabdeh Azəreneji ASC-nin Qax rayon elektrik şəbəkəsinin vəzifəli şəxsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(024)-38/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 14:50-ə təyin edilmişdir. Hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı3 məhkəmə hazırlıq iclasında izahat verərək göstərdi ki, ekspert rəyi ilə razılaşmır. Yay fəslində nəvələrinin həmin ərazidə oynamasına qorxduğu üçün icazə verməmişdir. Çünki həmin yer insanların həyatı üçün təhlükəlidir. Əgər evinin həyətində bir dənə altıaçıq tikdirərsə onu cərimə edərlər ki, yüksək gərkinlikli elektrik xəttlərinin altında inşa olunub. Səth suları dirəyin dibinə yığılır və bu səbəbdən dirək əyilmişdir. Yüksək gərginlikli xətt qonşunun evinin damının üstündən keçir. Həmin xəttin həyətindən çıxarılmasını istəyir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçı5 məhkəmə iclasında izahat verərək göstərdi ki, evlərinə köçərkən küçəyə maşınlar və çoxlu sayda işçilər gəlmiş, qapıları açıb həyətə maşınları salmışlar. Nə üçün gəldiklərini, nə etdiklərini soruşduqda onlara narahat olmamalarını, müvəqqəti olaraq elektrik dirəklərini yerləşdirdiklərini bildirmişlər. Xəttlərdə elektrik axınının olub-olmayacağını soruşduqda, narahat olmamasını, elektrik olmayacağını bildirmişlər. Sonradan öyrənmişdir ki, həmin xəttlərdən elektrik cərəyanı keçir və yüksək gərginliklidir. Vaxtilə bir dəfə ildırım çaxarkən qonşunun həyətində elektik partlaması olmuş və o həyəcan keçirmişlər. Həmin hadisə onların həyətində də baş verə bilər. Qax elektrik şəbəkəsinin işçiləri gələrək qırılan xətti calamışlar. Bu hadisə onun həyətində də təkrarlana bilər. Dirəklər hamısı əyilmişdir. İddiaçılardan İddiaçı1 evinin həyətindən işıq dirəklərini çıxartmş və kompleksin həyətinə basdırmışlar. Onlar elə güman etmişlər ki, onlara məxsus evlərdəki dirəkləri çıxaracaqlar. Əgər mümkünsüzdürsə onların həyətindən nə üçün çıxartmırlar. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işin məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, iddia tələbi İddiaçı1 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin, İddiaçı2 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı3 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı4 məxsus Qax şəhəri, “Daşlı qoruq” sahəsindəki 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı5 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin sökülüb digər yerə köçürülməsi vəzifəsini cavabdeh Azəreneji ASC-nin Qax rayon elektrik şəbəkəsinin vəzifəli şəxsinə həvalə edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 16-cı bəndinə əsasən inzibati orqan hesab olunur. Tələbin mahiyyətindən də göründüyü kimi, iddiaçılar inzibati orqanın hərəkət və hərəkətsizliyindən şikayətçidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, mülki işlərə baxmaqda səlahiyyətli olan, ümumi yurisdiksiyalı məhkəmə tərəfindən inzibati-prosessual qanunvericiliyə istinad olunmaqla, işin inzibati xarakter daşımasına hüquqi qiymət verilməsi yolverilməzdir. Çünki, mülki prossessual qanunvericilikdə (MPM-də) mülki işlərə baxılmasının prosedur qaydaları kifayət qədər əhatə olunmuş və ondan kənara çıxılmasına zərurət də yoxdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 14-cü maddəsində qeyd edilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü maddəsində qeyd edilmişdir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" ASC-nin Qax rayon elektrik şəbəkəsinə qarşı “İddiaçı1 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin, İddiaçı2 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı3 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı4 məxsus Qax şəhəri, “Daşlı qoruq” sahəsindəki 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı5 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin sökülüb digər yerə köçürülməsi vəzifəsinin cavabdeh Azəreneji ASC-nin Qax rayon elektrik şəbəkəsinin vəzifəli şəxsinə həvalə edilməsinə tələbi”nə dair iddiası hazırda işə baxan məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməli, iddiaçıya həmin tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" ASC-nin Qax rayon elektrik şəbəkəsinə qarşı “İddiaçı1 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin, İddiaçı2 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı3 məxsus Qax şəhəri, Bakı küçəsində yerləşən 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı4 məxsus Qax şəhəri, “Daşlı qoruq” sahəsindəki 0.05 ha torpaq sahəsindəki fərdi yaşayış evinin, İddiaçı5 məxsus Qax şəhəri, Danyal Sultan küçəsində yerləşən 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin sökülüb digər yerə köçürülməsi vəzifəsinin cavabdeh Azəreneji ASC-nin Qax rayon elektrik şəbəkəsinin vəzifəli şəxsinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Qax Rayon Məhkəməsində baxılmalı olmadığından mülki işin icraatına xitam verilsin. İddiaçıya aidiyyəti üzrə səlahiyyətli Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-38/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-38/2024
01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver