Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-496/2023 12.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1, Cavabdeh, X3 Baqratoviçin iştirakı ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Jorjikoyeviçə qarşı “cavabdehin ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və dəymiş maddi ziyan tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək zəbt olunmuş Qax rayonu Qaxingiloy kəndində yerləşən onlara məxsus fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı2 məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi digər İddiaçı1 gəlmişdir. Məhkəmə işə İddiaçı2 etibarnamə üzrə nümayəndəsi, digər İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, onlar Gürcüstan Respublikasında yaşayırlar. Qax rayonu Qax-İngiloy kəndində ümüumi sahəsi 55.2 kv/m fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahələri vardır. Həmin əmlak onlara mərhum anası və rəhmətlik qardaşından miras qalmışdır. Anası X6 2020-ci il tarixədək orada yaşamışdır. Qardaşı X5 2022-ci il tarixədək həmin evdə yaşamışdır. Anası X6 xx.xx.2020-ci il tarixdə və qardaşı X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qardaşı ilə birlikdə orada faktiki ailə quraraq heç bir nikah olmadan Cavabdeh yaşamışdır. Qardaşı 2022-ci il tarixdə öldükdən sonra həmin şəxs onunla digər iddiaçı olan qardaşı Zaurini onlara məxsus evə girməyə qoymamışdır. Onlar Gürcüstan Respublikasında olduğu üçün bu məsələ ilə vaxtında məşğul ola bilməmişdir. Manana adlı şəxsin onların evin qonşusunda keçmiş ərinə məxsus evi vardır. Təxminən bir il müddətdir ki, Qax rayonu Qaxingiloy kənd sakini Cavabdeh onlara məxsus olan evi zəbt etmişdir. Onlara məxsus olan həmin fərdi yaşayış evinə və torpaq sahəsinə girməyə imkan vermir. Onlar bununla bağlı dəfələrlə desələr də heç bir nəticəsi olmamışdır. Onlar istəyirlər ki, zəbt olunmuş evdən və torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən zəbt olunmuş Qax rayonu Qaxingiloy kəndində yerləşən onlara məxsus fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbində göstərilənləri qəbul etmir. Çünki iddiaçıların qardaşı Karlo ilə nikahlarını rəsmi olaraq qeyd etdirmədən, faktiki olaraq ailə qurmuş və həmin evdə yaşamışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2022-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahəsi İddiaçı2 və İddiaçı1 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 12 iyul 2023-cü il tarixli № 3-16-5/8-69-169/2023 saylı Arayışdan görünür ki, İddiaçı1 atası X4, anası isə X2. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 12 iyul 2023-cü il tarixli № 3-16-5/8-69-170/2023 saylı Arayışdan görünür ki, İddiaçı2 atası X4, anası isə X2. İş materiallarında olan AZ-İİ № 246780 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 246781 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 724 saylı arayışdan görünür ki, İddiaçı2 Vasilyeviçə və İddiaçı1 Vasilyevnaya məxsus Qax rayonu Qax-İngiloy kəndində fərdi yaşayış evi vardır və həmin evdə qeydiyyatda heç kəs yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2022-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Qax- İngiloy kəndində yerləşən fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahəsi İddiaçı2 və İddiaçı1 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmişdir. Qardaşı X5 2022-ci il tarixədək həmin evdə yaşamışdır. İddiaçıların qardaşı Karlo Tartaraşvili Cavabdeh ilə faktiki olaraq evlənmişdir. Karlo Tartaraşvili 2022ci il tarixdə öldükdən sonra cavabdeh iddiaçıları mübahisəli fərdi yaşayış evinə daxil olmasına maneçilik törətmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçılara məxsus fərdi yaşayış evində yaşasa da, hazırda mübahisəli evdə yox, başqa yerdə qeydiyyatdadır və həmin evdə istifadə hüququnun olması müəyyən edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. X7 məzmunundan da göründüyü kimi cavabdehlərin özgəsinin sahibliyində olan mübahisəli fərdi yaşayış evində yaşaması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qax rayonu Qaxingiloy kəndində yerləşən fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən məcburi qaydada çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qax rayonu Qaxingiloy kəndində yerləşən fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən məcburi qaydada çıxarılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-496/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-496/2023
12.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzildən çıxarılma - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver