Məhkəmə qərarları › İş №2(025)-1013/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1013/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1013/2020 07.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi4 (eyni zamanda Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı və Ərizəçi5 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə X6, X13, X9, X10 və X11 adına verilmiş JN-0094 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı, Ərizəçi4 və Ərizəçi5 aid hissədə Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı, Ərizəçi4 və Ərizəçi5, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı, Ərizəçi4 və Ərizəçi5 adına verilmiş JN-128A saylı şəhadətnamənin Ərizəçi4 və Ərizəçi5 aid hissədə Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi4 (eyni zamanda Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı və Ərizəçi5 etibarnamə üzrə nümayəndəsi) ərizəni müdafiə edib göstərdilər ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN-0094 saylı kodu 40600048 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahiblərinin adları siyahısında texniki səhv olaraq bütün mülkiyyətçilərin soyadlarında dörd sırada Muradhasilova əvəzinə “Muradasilova”, beşinci sırada isə Muratasıllı əvəzinə “Muradasilova” kimi qeyd edilmişdir. Qeyd edilən JN- 0094 saylı dövlət aktı və JN-128A saylı şəhadətnamə üzrə payçıların paylarının razılıq əsasında bölünməsi məqsədilə əməliyyat apararkən məlum olmuşdur ki, həmin dövlət aktı üzrə texniki səhv olaraq soyadları “Muradasilova” kimi qeyd edilmişdir. Belə ki, hüquq subyektləri siyahısında birinci sırada Ərizəçi1 əvəzinə texniki səhv olaraq “Muradasilova” Aynəzər İsmayıl oğlu kimi qeyd aparılmışdır. Bundan əlavə JN-128A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq subyetləri siyahısında 3-cü sırada Sevilə əvəzinə “Sevailə” kimi, 5-ci sırada isə Muratasıllı əvəzinə “Murathasilova” kimi qeyd edilməklə texniki səhvlərə yol verilmişdir. Həm dövlət aktında və həm də torpaq şəhadətnaməsində mövcud olan texniki səhvlər səbəbindən həmin sənədlər üzrə əməliyyat aparılması mümkün deyildir. AZE № 123335 saylı doğum haqqında şəhadətnamədə də soy ad düzgün olaraq Ərizəçi1 kimi qeyd edilmişdir. Digər paylı mülkiyyətin mülkiyyətçisi Ərizəçi2 adına verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində soyadı düzgün olaraq Ərizəçi2 kimi qeyd edilmişdir. xx.xx.1987-ci il tarixdə Vəndam qəsəbə İƏN-dən (keçmiş Vəndam kənd sovetindən) verilmiş İV-ЖГ № 397599 saylı nikahın bağlanması haqqında şəhadətnamədə nikah bağlandıqdan sonra soyadı Muradhasilova kimi qeyd edilmişdir. xx.xx.1988-ci il tarixdə Vəndam qəsəbə İƏN-dən (keçmiş Vəndam kənd sovetindən) verilmiş Xİİİ-ЖГ № 330150 saylı doğum haqqında şəhadətnamədə soyadı düzgün olaraq X1 qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdə Vəndam qəsəbə İƏN-də tərtib olunmuş AZ-İİ № 161422 saylı nikah haqqında şəhadətnamədə nikah bağlananadək soyadın X14 olduğu qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində soyadı düzgün olaraq Muradasılova kimi yox X2 qeyd edilmişdir. XİV-ЖГ № 421833 saylı doğum haqqında şəhadətnamədə də soyad düzgün olaraq X5 qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində və XVİ-ЖГ № 339872 saylı doğum haqqında şəhadətnamədə soyadı düzgün olaraq Ərizəçi5 kimi qeyd edilsə də, JN-0094 saylı Dövlət aktında və JN-128A saylı Torpaq şəhadətnaməsində hüquq subyektləri siyahısında beşinci sırada texniki səhv olaraq X3 qeyd edilmişdir. JN-0094 saylı dövlət aktında və JN-128A Torpaq şəhadətnaməsində buraxılmış texniki səhvlərə düzəliş məhkəmə qaydasında edilməlidir. JN-0094 saylı dövlət aktında və JN-128A saylı torpaq şəhadətnaməsində göstərilən texniki səhvləri aradan qaldırmadan mülkiyyət hüququnu həyata keçirmək mümkün deyildir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi4 (eyni zamanda Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı və Ərizəçi5 etibarnamə üzrə nümayəndəsi) ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-128A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, Ərizəçi1, Ərizəçi2, X12, X14 və X7 birgə mülkiyyətinə JN-128A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0094 (Kod: 40600048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X18, X23, X19, X20 və X10 birgə mülkiyyətinə JN-0094 (Kod: 40600048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 1,71 ha kənd təsərrüfatlı təyinatl torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-T seriyalı, 123335 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur, atası X22, anası X4r. İş materiallarında olan xx.xx.1959-cu il tarixli, İ-ИЕ seriyalı, 814410 №-li «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1959-cu ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuşdur. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, İV-ЖГ seriyalı, 397599 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X25 xx xxxxxx 1987-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 67 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Muradhasilov, arvada Muradhasilova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, Xİİİ-ЖГ seriyalı, 330150 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1988-ci ildə Qutqaşen rayonu Vəndam kənində doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İİ seriyalı, 161422 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X8 xx xxxxx 2013-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, XİV-ЖГ seriyalı, 421833 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1989-cu ildə Qutqaşen rayonu Vəndam kənində doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 339872 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1991-ci ildə Qəbələ rayonu Vəndam kənində doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli **********827 nömrəli məktubundan görünür ki, JN- 128A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə, JN-0094 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ raylon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 693 nömrəli arayışdan görünür ki, Ərizəçi3 Vəndam qəsəbəsində qeydiyyatdadır və ailə vəziyyətinə görə hal-hazırda Şamaxı şəhərində yaşayır. İş materiallarında olan Qəbələ raylon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 692 nömrəli arayışdan görünür ki, Ərizəçi1 ailə tərkibi arvadı Ərizəçi2, qızları Ərizəçi4 və Ərizəçi5 ibarətdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Ərizəçi1, Ərizəçi2, X12, X14 və X7 birgə mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN- 128A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi4 soyadı səhvən «Muradhasilova», adı səhvən «Sevailə» kimi, Ərizəçi5 soyadı səhvən «Muradhasilova» kimi qeyd olunmuşdur. Eyni zamanda Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X18, X23, X19, X20 və X10 birgə mülkiyyətinə 1,71 ha kəmd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN- 0094 (Kod: 40600048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 və Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızının hər birinin soyadı səhvən «Muradhasilova» əvəzinə «Muradasilova», Ərizəçi5 soyadı səhvən «Muratasıllı» əvəzinə «Muradasilova» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Ərizəçi1, Ərizəçi2, X12, X14 və X7 birgə mülkiyyətinə verilmiş JN-128A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi4 və Ərizəçi5 aid hissədə Ərizəçi4 və Ərizəçi5, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X18, X23, X19, X20 və X10 birgə mülkiyyətinə verilmiş JN-0094 (Kod: 40600048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı və Ərizəçi5 aid hissədə, Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Tağıyeva (Muradhasilova) Nişanə Aynəzər qızı və Ərizəçi5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar