Məhkəmə qərarları › İş №2(025)-1024/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1024/2020

06.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1024/2020 06.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi və torpaq sahəsinin məcburi boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi və torpaq sahəsinin məcburi boşaldılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan 0,20 torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağan edilməsi və torpaq sahəsinin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə poçt vasitəsilə ərizə göndərərək, mülki işin baxılmamış saxlanılması və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi və torpaq sahəsinin məcburi boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar