Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-103/2021 18.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi Bəhər qızının iştirakı ilə Ərizəçi Bəhər qızının Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Bəhər qızı Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvin düzəldilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Vəndam qəsəbə İƏN-də tərtib edilmiş xx.xx.1940-cı il tarixli 19 nömrəli doğum haqqında akt qeydində onun adının “Limunə” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi və düzgün olaraq “Fəridə” kimi yazılmalı olduğuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Bəhər qızı tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 1940-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur. Müəyyən sənədləşdirmə işlərini aparılması ilə əlaqədar aidiyyatı orqanlara müraciət edən zaman adında doğum haqqında akt qeydlərində uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, Qəbələ rayon Vəndam qəsəbə İƏN-də tərtib edilmiş xx.xx.1940-cı il tarixli 19 nömrəli doğum haqqında akt qeydində onun adı səhvən “Limunə” kimi yazılmışdır. Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində adı düzgün olaraq Fəridə kimi yazılmışdır. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi heç bir əsas olmadığından adının Fəridə olaraq düzəldilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu barədə ona rəsmi olaraq xx xxxxxxxx 2020-ci il tarixli, 264/13 saylı məktub verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi Bəhər qızı məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İşdə olan xx xxxxxx 1972-ci il tarixli, İ-ЖГ seriyalı, 281802 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, X5 xx xxxx 1972-ci ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuşdur. X1, anası Ərizəçi Bəhər qızıdır. İşdə olan xx xxxxxx 1983-cü il tarixli, АЭ seriyalı, 286492 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, X3 xx xxxxxx 1963-cü ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuşdur. X1, anası Ərizəçi Bəhər qızıdır. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1295 nömrəli arayışdan görünür ki, ərizəçi Abbasova X4 rayon Vəndam qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-264/13 nömrəli məktubla Qəbələ rayon Vəndam qəsəbə İƏN-də tərtib edilmiş xx.xx.1940-ci il tarixində № 19 doğum haqqında akt qeydini nəzərdən keçirərkən uşaq qrafasında adının “Limunə” yazılması, doğum haqqında akt qeydi ilkin sənəd olduğu üçün və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından soyadının “Fəridə”-yə düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bəhər qızı xx.xx.1940-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. İşdə olan ərizəçiyə aid “Pensiya kartı”nın surətindən görünür ki, ərizəçinin adı “Fəridə” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi Bəhər qızı xx.xx.1940-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulduğu və ona bu adla doğum haqqında şəhadətnamə verildiyi halda, eyni zamanda uşaqlarının doğum şəhadətnamələrində adı “Fəridə” kimi yazıldığı halda, doğum akt qeydiyyatı kitabında səhvən adı “Limunə” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi və digər sənədlərdə adı “Fəridə” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi Bəhər qızının doğum haqqında qeydində adının “Limunə” kimi yazılmasının düzgün olmaması və adının “Fəridə” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi Bəhər qızı barədə doğum akt qeydinin düzgün olmaması və adının “Fəridə” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-103/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-103/2021
18.01.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver