Məhkəmə qərarları › İş №2(025)-1091/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1091/2020

22.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1091/2020 22.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, X2, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızı, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızı, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızı və maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, X2, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızı, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızı, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızı və maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsl olmayıb, qanunla müəyyən edilmiş qaydada təsdiq olunmamış kserosurətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən paylarının müəyyən edilməsini xahiş etmişlər. Lakin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1257 nömrəli məktubdan görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş mərhum X1 adına xx.xx.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və vərəsələrin payı müəyyən edilmişdir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçılara geri qaytarılmalı və onlara izah edilməlidir ki, onlar, qeyd olunan çatışmazlıqları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, X2, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızı, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızı, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızı və maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver