Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-112/2021 08.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X8, X1, Babayeva Günel .Xaləddin qızı, X5 və X2 adına verilmiş JN- 0582 nömrəli 40614018 kodlu «Torpağın mülkiyyətə erilməsinə dair» dövlət aktının, ona aid hissədə yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X8 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X4 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə Ərizəçi və ailə üzvülərinə, JN-0582 nömrəli 40614018 kodlu dövlət aktı əsasında 1.02 ha çöl torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhv olaraq oğlunun soyadı Babayev, adı İlyas yazılmışdır. Soyadın İlyazlı əvəzinə Babayev adının İlyaz əvəzinə İlyas yazılmasının səbəbi ona aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Dövlət aktında oğlunun soyadının və adının səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışlar. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında soyadının və adının səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Onlara məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində oğlunun soyadı İlyazlı adı İlyaz kimi yazılmışdır. Hesab edir ki, bu səhvə məhkəmə qaydasında düzəliş edilərək sənədin oğluna, yəni Ərizəçi məxsus olması müəyyən edilməlidir. Odur ki, ərizəçinin nümayəndəsi X8 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0582 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli, 25 nömrəli qərarına əsasən, X8, X1, X6, X5 və X2 ümumi birgə mülkiyyətinə 1.02 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon, X10 ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 1993-cü il tarixli XVİİ-JQ № 359349 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X1 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 68 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 704 saylı arayışından görünür ki, JN-0582 saylı KOD 40614018 olan Dövlət aktında hüquq sahiblərii sırasında adı qeyd olunmuş X2 adı və soyadı texniki səhv olaraq düşmüşdür əslində “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0582 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0582 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-112/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-112/2021
08.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver