Məhkəmə qərarları › İş №2(025)-121/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-121/2021

25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-121/2021 25.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-0015, KOD 40614038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona dair hissəsində ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ağayeva (Nəbiyeva) Tamara Fəti qızı xx.xx.1951-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Laza kəndində anadan olmuşdur. xx.xx.1993-cü ildə X7 ilə nikaha daxil olaraq soyadını “Nəbiyeva” kimi qeyd etdirmişdir. X4 xx.xx.2009-cu il tarixində ürək çatmamazlığı xəstəliyindən vəfat etmişdir. Qəbələ rayon X3 xx xxxxxx 2006-cı il tarixli 25 saylı qərarı ilə mərhum həyat yoldaşı X6 və ona Qəbələ rayonu ərazisindən 0,41 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə JN- 0015, KOD 40614038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət aktında sonradan ona məlum olmuşdur ki, atasının adı “Feyzi” kimi yazılmışdır. Lakin doğum və nikah haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə Ərizəçi kimi yazılır. Hazırda mərhum ərinin vərəsəsi kimi ona məxsus torpaq sahəsinə notariat ofisində vərəsəlik işi açaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Lakin dövlət aktında atasının adı düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X10 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların qaldırılması barədə müraciət etmiş, müvafiq olaraq xx xxxxxxx 2020-ci il tarixli, **********01 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçininin vəkili və etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0015 nömrəli (kod:40614038) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X7 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kötüklü kəndində 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-T seriyalı, 009989 nömrəli «Doğum haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X8 xx xxxxxx 1951-ci ildə Qəbələ rayonu Laza kəndində doğulmuş, bu barədə 1951-ci ilin yanvar ayının 20-də 05 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X2r. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxx 1993-cü il tarixli, Vİ-ЖГ seriyalı, 330428 nömrəli «Nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X5 xx xxxxx 1993-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Kötüklü kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı, 350257 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 “ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2009cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********01 nömrəli məktubundan görünür ki, JN-0015 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Kötüklü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 78 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu X3 xx xxxxxx 2006-cı il tarixli qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN:0015, kod-40601004 saylı dövlət aktında Ərizəçi əvəzinə Ərizəçi Feyzi qızı yazılmışdır. İş materiallarında olan ərizəçiyə aid olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X7 və Ərizəçi Feyzi qızının birgə mülkiyyətlərinə verilmiş JN-0015 nömrəli (kod:40614038) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi ata adı səhvən “Feyzi” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X7 və Ərizəçi Feyzi qızının birgə mülkiyyətlərinə verilmiş JN-0015 nömrəli (kod:40614038) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar