Məhkəmə qərarları › İş №2(025)-128/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-128/2021

26.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-128/2021 26.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, ərizəçi və digər Ərizəçi4 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Nümayəndə hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, JN-2406F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara dair hissəsində Ərizəçi1, Ərizəçi2, Nümayəndə və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə onlara - Ərizəçi1, Ərizəçi2, Nümayəndə, Ərizəçi4 və X3 Qəbələ şəhər ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsinə JN-2406F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, Ərizəçi1 adı “Sabir” kimi, Ərizəçi2, Nümayəndə və Ərizəçi4 ata adları “Sabir” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2, Nümayəndə və Ərizəçi4 kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə ad və ata adları düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən biz aidiyyatı üzrə Xidmətin 9 saylı X7 ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq xx xxxxxxxx 2020-ci il tarixli, **********28 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi və digər Ərizəçi4 nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2406F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X4, Ərizəçi2 Sabir oğlu, Nümayəndə Sabir oğlu, Ərizəçi4 Sabir qızı və X1 ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxx 1960-cı il tarixli İ № 035198 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1960-cı il tarixdə Qazaxıstan Respublikası, Qaraqanda şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 383 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx xxx 2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1960-cı il tarixdə Qazaxıstan Respublikası, Qaraqanda şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx xxxx 1986-cı il tarixli İV-JQ № 261533 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1986-cı il tarixdə X5 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə tarixdə 8 nömrə ilə qeyd edilmişdir. İşdə olan ünvan 2 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli AZ-İV № 132648 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1987-ci il tarixdə Qəbələ rayonu, Bunud kəndində anadan olmuş, ata qrafasında Ərizəçi1, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx xxx 2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1987ci il tarixdə Qəbələ rayonu, Bunud kəndində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan ünvan 2 tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli AZ-T № 068195 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxxxx 1988-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, ata qrafasında Ərizəçi1, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx xxx 2016-cı il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxxxxx 1988-ci il tarixdə Qəbələ rayonu, Bunud kəndində anadan olmuşdur və Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxx 1990-cı il tarixli XV-JQ № 395584 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1990-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, ata qrafasında Ərizəçi1, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 163 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA № ******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1990-cı tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-2406F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X4”, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Sabir oğlu”, “Nümayəndə” əvəzinə “Nümayəndə Sabir oğlu”və “Ərizəçi4” əvəzinə “Ərizəçi4 Sabir qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-2406F (Kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Nümayəndə aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar