Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-149/2021 16.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-319F, KOD 40608038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara dair hissəsində Ərizəçi2 və Ərizəçi1 və JN- 0062, KOD 40608038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi2 dair hissəsində Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Ərizəçi1 və Ərizəçi2 xx.xx.1996-cı və xx.xx.1995-ci illərdə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuşlar. Qəbələ rayonu X4 xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarı ilə onlara, mərhum X2na, valideynləri X7 və X5 Qəbələ rayonu, Aydınqışlaq kəndi ərazisindən 0,63 ha həyətyanı torpaq sahəsinə görə JN-319F, KOD 40608038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayon X4 xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarı ilə mənə, mərhum X2na, valideynləri X7 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 0.76 ha torpaq sahəsinə görə JN- 0062, KOD 40608038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, soyadları səhvən “Babayev”, “Babayeva”, adı isə səhvən “Vasib” kimi yazılmışdır. Həmçinin, Dövlət Aktında soyadı səhvən “Babayeva” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi2 və Ərizəçi1 kimi yazılır və Məlikzadə soyadını valideynləri mərhum babaları Məlikin adına uyğun olaraq onlara verilmişdir. X2 xx.xx.2014-cü il tarixində ürək çatmamazlığı xəstəliyindən vəfat etdiyindən, hazırda ona məxsus torpaq sahələrinə notariat ofisində vərəsəlik işi açılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmalıdır. Lakin Şəhadətnamədə soyadları, adı və Dövlət Aktında soyadı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı X13 ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq olaraq xx xxxx 2020-ci il tarixli, **********91 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN- 0062 (Kod: 40608038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X10, X11, X8 və X3 ümumi birgə mülkiyyətinə 0.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-319F (Kod: 40608038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X10, X11, X8, X12 və X3 ümumi birgə mülkiyyətinə 0.63 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxxx 1996-cı il tarixli XX-JQ № 266268 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxx 1996-cı ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ərizəçi1 məxsus AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Vacib”, soyadı “Məlikzadə” olaraq qeyd olunmuşdur. İşdə olan Ərizəçi1 məxsus 356 saylı Tələbə biletinin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Vacib”, soyadı “Məlikzadə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 371 saylı Doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 xx xxxxxx 1995-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ərizəçi2 məxsus AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin soyadı “Məlikzadə” olaraq qeyd olunmuşdur. İşdə olan Ərizəçi2 məxsus 3388 saylı Tələbə biletinin surətindən görünür ki, bu sənəddə ərizəçinin soyadı “Məlikzadə” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı Ərizəçi2 və ailə üzvlərinin mülkiyyətinə 0.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0062 (Kod: 40608038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X9”, həmçinin ərizəçilərin və ailə üzvlərinin mülkiyyətinə 0,63 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-319F (Kod: 40608038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X12” və “Ərizəçi2” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-319F (Kod: 40608038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə, JN-0062 (Kod: 40608038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-149/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-149/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver