Məhkəmə qərarları › İş №2(025)-155/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-155/2021

30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-155/2021 30.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi, onun vəkili X5 və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1964-cü ildən etibarən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizə onunla əsaslandırılmışdır ki, o, Sadiqova (Hətəmova) Zeynəb İspəndiyar qızı xx xxxx 1958-ci il tarixdə RSFSR-nin Rostov vilayəti, Kamensk şəhərində anadan olmuşdur. X1 və anası X10muşdur. Atası 2006-ci ildə və anası 2016-cı ildə vəfat etmiş və hər ikisi Azərbaycan Respublikası vətəndaşları olmuşlar. Atası Azərbaycan Respublikası Qəbələ rayonu, Qəmərvan kənd sakini olmuş, SSRİ-nin Rostov vilayəti, Kamensk şəhərində hərbi xidmətini bitirdikdən sonra 8 ilə yaxın orada işləmişdir. 1964-cü ildən Rostov vilayəti, Kamensk şəhərindən Sumqayıt şəhərinə atası, anası və o köçmüşlər. 1964-cü il tarixdən o və ailə üzvlərinin heç biri Azərbaycan Respublikasını tərk etməmişlər. Atası, X6 Azərbaycan Respublikasının vətəndaşı kimi təqaüdə çıxmış və Sumqayıt şəhərində dəfn olunmuşdur. X29 Abzərdinovna Azərbaycan Respublikasının vətəndaşı kimi təqaüdə çıxmış və Sumqayıt şəhərində dəfn olunmuşdur. O, Hətəmova (Sadiqova) Zeynəb İspəndiyar qızı 1964-1975-ci il tarixində Sumqayıt şəhərində yerləşən 4 nömrəli orta məktəbdə təhsil almışdır. Peşə təhsili aldıqdan sonra 1975-ci il sentyabr ayından 1979-cu ilə qədər Sumqayıt toxuculuq fabrikində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1979-cu ildə Qəbələ rayonu, Qəmərvan kənd sakini X28 ilə nikaha daxil olaraq, “Hətəmova” soyadını qəbul etmişdir. 1991-ci il tarixindən o, həyat yoldaşı X28 və uşaqları X26 və X27 ilə birlikdə Qəbələ rayonu, Soltan Nuxa kəndinə köçərək həmin kənddə təsərrüfatbaşına kitaba qeydiyyata düşmüşlər. Həmin tarixdən hal-hazıradək Soltannuxa kəndində daimi yaşamış və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1997-ci il dekabr tarixli, 27 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə Qəbələ rayonu, Soltan Nuxa kəndi ərazisindən ümumi sahəsi 1.04 ha torpaq sahəsi verilmişdir. xx.xx.1980-ci il tarixində Azərbaycan SSR Qutqaşen (indiki Qəbələ) rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən ona Xİİİ-JQ 613046 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının Pasportu verilmişdir. O, bir neçə dəfə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almaq istəsə də, doğum haqqında Şəhadətnaməsi olmadığına görə mümkünsüz hesab olunmuşdur. 62 yaşı tamam olduqdan sonra təqaüdə çıxmaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadan verilə bilməyəcəyini ona bildirmişlər. Məcbur qalaraq doğum haqqında Şəhadətnaməmin surətini əldə etdikdən sonra şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli 1418 saylı arayışməktub ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək hüququ izah olunmuşdur. Onun Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəməyə təqdim olunmuş sənədlərdə, arxiv çıxarışında, arayışlarda və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili X13 ərizənin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Ərizəçi 1964-cü ildən hazırkı dövrədək mütəmadi olaraq Azərbaycan Respublikası ərazisində yaşamışdır və digər dövlətin vətəndaşı deyildir. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 84 nömrəli qərarına əsasən Azərbaycan Respubliksı Vətəndaşlıq haqqında Qanunu qüvvəyə minənədək Azərbaycan Respublikasında yaşayan şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılır. Ərizəçi xx xxxx 2015-ci il tarixə qədər Dövlət Miqrasiya Xidmətinə müraciət etsəydi, onda vətəndaşlıq ala bilərdi. Belə ki, həmin dövrə qədər Dövlət Miqrasiya Xidmətinin bu cür hüququ var idi. Həmin dövrə qədər vətəndaş icra nümayəndəliyindən arayışla müraciət etdikdə vətəndaşlıq ala bilirdi. Lakin sonradan sui-istifadə halları olduğundan bu cür səlahiyyət DMX-dan alınmışdır. Artıq DİN İamas üzrə qeydiyyatı olan şəxslərin qeydiyyatı üzərindən tərəflərindən DİN İamas-a sorğu verilmiş, alınmış cavabdan ərizəçinin İamas üzrə qeydiyyatının olmadığı aşkarlanmışdır. Müəyyənləşmişdir ki, ərizəçinin İcra Nümayəndəliyində qeydiyyatı olsa da, DİN İamas üzrə qeydiyyatı yoxdur. Əgər ərizəçi Azərbaycan Respublikasında doğulmuş olsa idi, onda DMX vətəndaşlıq verə bilərdi. X8 doğulduğuna görə onların elə səlahiyyətləri yoxdur. Hazırki ərizə üzrə tələbin təmin olunmasına heç bir etirazı yoxdur. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X28 izahatında göstərdi ki, ərizəçi onun həyat yoldaşıdır. Şəxsiyyət vəsiqəsi almaq üçün iki dəfə Qəbələ rayon Polis şöbəsinə müraciət etmişlər. Zeynəb xanım X19 vilayəti Şaxtinski rayonunda anadan olmuşdur. Atası Qəbələ rayonun, Qəmərvan kəndindən olub, anası isə milliyətcə tatar olmuşdur. Valideynləri ilə birlikdə 1964-cü ildə Sumqayıt şəhərinə gəlmişdirlər. 1979-cu ildə Qəbələ rayonu, Qəmərvan kəndinə ərə gəlmişdir. O vaxtdan da Qəbələ rayonu ərazisində yaşamışdır. Son illərə qədər köhnə pasportla səsvermələrdə iştirak etmişdir. 1964cü ildən bəri Azərbaycan sərhədlərini heç vaxt keçməmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərdi ki, ərizəçi onun əmisi oğlu Əhmədin həyat yoldaşıdır. Onların toyunda iştirak etmişdir və hal-hazırda evlərinə gedib-gəlir. İki övladları var. Zeynəb xanım heç vaxt Azərbaycanı tərk etməmişdir. Ailə qurduqdan sonra daimi Qəbələ rayonu əriazisində yaşamışdır. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, ərizəçi onun qonşusudur. Onlar 1986-cı ildən Qəbələ rayonu Qəmərvan kəndində ev tikib ora köçmüşlər. 1991-ci ildən Əhməd ailəsi ilə birlikdə onların qonşuluğunda torpaq sahəsi alıb ev tikmişdir. O vaxtdan bu günə qədər onların qonşuluqlarında yaşayırlar. 1991-ci ildən bəri heç vaxt yaşadığı yeri tərk etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini, ərizəçinin vəkilini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan xx.xx.1980-ci il tarixində Azərbaycan SSR Qutqaşen rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən Ərizəçi verilmiş Xİİİ-JQ 613046 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının Pasportunun surətindən görünür ki, X11 xx xxxx 1958-ci il tarixdə RSFSR-nin Rostov vilayəti, Kamensk şəhərində anadan olmuşdur. İşdə olan Qutqaşen rayonu Qəmərvan kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, İİ-ЖГ seriyalı, 277884 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X28 ilə X4 xx xxxxxxxx 1979-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hətəmov, arvada Hətəmova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 372 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən 1991-ci ildən həmin kəddə yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 429 nömrəli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi əri X28, oğlanları X26 və X16 ibarətdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Qəbələ rayonu Soltannuxa kənd icra nümayəndəliyinin təsərrüfat kitabından 09 nömrəli Çıxarışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi 1991-ci il tarixdən Qəbələ rayonu Soltan Nuxa kəndində təsərrüfat qeydiyyatına düşmüşdür. İşdə olan Rostov vilayəti Kamensk-Şahtinsk ş. Administrasiyasının VVAQ şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli 420 nömrəli arayışdan görünür ki, X12 xx xxxx 1958-ci il tarixdə Rostov vilayəti, Kamensk şəhərində anadan olmuşdur. X2, anası X9. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında RV Əmək deputatları Kamensk-Şahtinsk şəhər soveti icraiyyə komitəsinin VVAQ bürosu tərəfindən xx xxxx 1958-ci il tarixli 774 nömrəli doğum haqqında akt qeydi var. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli Arayışda göstərilmişdir ki, xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi 493779/m nömrəli, xx xxxxxx 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Şəhər X31 12 nömrəli Tam Orta Məktəbi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 60 nömrəli Arayışdan görünür ki, Ərizəçi 1975-ci ildə Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin 10-cu sinfini bitirib. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, K/H-1418 nömrəli məktubdan görünür ki, Ərizəçi 1964-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilmək hüququ Ərizəçi izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan JN-245 (Kod: 40602038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 27 nömrəli qərarına əsasən, X28, Ərizəçi, X26 və X18 mülkiyyətinə Qəbələ rayon Soltan Nuxa kəndində 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 7/562 nömrəli məktubundan görünür ki, Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində Ərizəçi barəsində cinayət işinin ibtidai istintaqı aparılmamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 33/545 nömrəli məktubundan görünür ki, Ərizəçi 1992-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx xxxx 1958-ci il tarixdə RSFSR-nin Rostov vilayəti, Kamensk şəhərində anadan olmuşdur. 1964-cü ildən Rostov vilayəti, Kamensk şəhərindən Sumqayıt şəhərinə köçmüşdür. xx.xx.1979-cu ildə Qəbələ rayonu, Qəmərvan kənd sakini X28 ilə nikaha daxil olaraq, “Hətəmova” soyadını qəbul etmişdir. 1991-ci il tarixindən o, həyat yoldaşı X28 və uşaqları X26 və X27 ilə birlikdə Qəbələ rayonu, Soltan Nuxa kəndinə köçərək həmin kənddə təsərrüfatbaşına kitaba qeydiyyata düşmüşlər. Həmin tarixdən hal-hazıradək Soltannuxa kəndində daimi yaşamışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli arayışına əsasən Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hazırda Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının tanınmasını tələb edir. Onun 1964-cü il tarixdən sonra Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi halı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasınının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyinin tələblərini rəhbər tutmalıdırlar. Göründüyü kimi xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi 1964-cü ildən etibarən Azərbaycan Respublikasındadır. Həmin tarixdən onun Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi, habelə onun hər hansı bir dövlətin vətəndaşlığına mənsub olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi 1964-cü il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi 1964-cü il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar