Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-192/2021 16.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı BOKT İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “borcun tutulması və tutulmanın girov predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli QEM-079-0045-20 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2230.41 (iki min iki yüz otuz manat qırx bir qəpik) AZN əsas kredit borcu, 88.93 (səksən səkkiz manat doxsan üç qəpik) AZN kreditdən istifadəyə görə faiz borcu, 316 (üç yüz on altı) AZN cərimə olmaqla, cəmi 2635.34 (iki min altı yüz otuz beş manat otuz dörd qəpik) AZN, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı BOKT “xxxx” MMC-yə ödənilməsi və “Girov təminatı Aktf’nda qeyd edilmiş Əmlaka (Paltaryuyan Orion 8kq, Soyuducu Lotus 3181 RFS, Qaz peçi Ronnu, Aspirator Talberg, Kondisioner Lotus 24W) tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan kredit borcunun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli QEM-079-0045-20 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 32.04% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3565 (üç min beş yüz altmış beş) AZN məbləğində kredit verilmişdir. xx xxxx 2020-ci il tarixli QEM-079- 0045-20 saylı Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı qismində həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən “Girov təminat Akt”ında qeyd edilmiş əmlak (Paltaryuyan Orion 8kq, Soyuducu Lotus 3181 RFS, Qaz peçi Ronnu, Aspirator Talberg, Kondisioner Lotus 24W) iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixinə 2230.41 (iki min iki yüz otuz manat qırx bir qəpik) AZN əsas kredit borcu, 88.93 (səksən səkkiz manat doxsan üç qəpik) AZN kreditdən istifadəyə görə faiz borcu, 316 (üç yüz on altı) AZN cərimə olmaqla, cəmi 2635.34 (iki min altı yüz otuz beş manat otuz dörd qəpik) AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı BOKT İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli QEM-079-0045-20 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı BOKT «xxxx» MMC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 32.04 % dərəcəsi tətbiq edilməklə 3565 manat məbləğində kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, borcalan X1 3565 manat məbləği illik 32.04 %-lə, 12 ay müddətinə aylıq 351.13 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli QEM-079-0045-20 saylı kredit müqaviləsi üzrə 2230.41 manat əsas borc, 88.93 manat faiz, 316 manat cərimə olmaqla, cəmi 2635.34 manat məbləğində borcunun olması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.1990-cı ildə Qəbələ rayonu Cığatelli kəndində doğulmuşdur və həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə BOKT «xxxx» MMC-dən 3565 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli “Girov Təminatı akt”ından görünür ki, Cavabdeh özünə məxsus olan – 1300 manat dəyərində Lotus 24W markalı Kondisioner, 145 manat dəyərində Talberg markalı Aspirator, 420 manat dəyərində Ronnu markalı Qaz peçi, 900 manat dəyərində Lotus 3181 RFS markalı Soyuducu və 800 manat dəyərində Orion markalı Paltaryuyan (8kq) BOKT «xxxx» MMC-yə girov qoymuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın girov verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və BOKT «xxxx» MMC girov ilə yüklü edilmiş məişət əşyalarını açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Bildiriş məktublarından görünür ki, BOKT «xxxx» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə həmçinin hesab edir ki, BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli QEM-079-0045-20 saylı kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2230.41 (iki min iki yüz otuz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 88.93 (səksən səkkiz manat doxsan üç qəpik) manat məbləğində faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə borcu, cəmi 2339.34 (iki min üç yüz otuz doqquz manat otuz dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu BOKT «xxxx» MMC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh məxsus, girov predmeti olan –Lotus 24W markalı Kondisioner, Talberg markalı Aspirator, Ronnu markalı Qaz peçi, Lotus 3181 RFS markalı Soyuducu və Orion markalı Paltaryuyana (8kq) yönəldilməli, həmin əşyalar açıq hərrac vasitəsi ilə satılmalı, əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli, BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli QEM-079-0045-20 saylı kredit müqaviləsi ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, BOKT dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun, faizin və əldən çıxmış faydanın tutulması ilə yanaşı, 20 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması BOKT-yə dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2230.41 (iki min iki yüz otuz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 88.93 (səksən səkkiz manat doxsan üç qəpik) manat məbləğində faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə borcu, cəmi 2339.34 (iki min üç yüz otuz doqquz manat otuz dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu BOKT «xxxx» MMC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh məxsus, girov predmeti olan –Lotus 24W markalı Kondisioner, Talberg markalı Aspirator, Ronnu markalı Qaz peçi, Lotus 3181 RFS markalı Soyuducu və Orion markalı Paltaryuyana (8kq) yönəldilsin. Həmin əşyalar açıq hərrac vasitəsi ilə satılsın. Əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli QEM-079- 0045-20 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-192/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-192/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver