Məhkəmə qərarları › İş №2(025)-218/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-218/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-218/2021 28.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-046A, KOD 40603048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, onların, X6, X2, X9, X3 və onun mülkiyyətinə X5 xx xxx 1998-ci il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisində 1,01 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN-046A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan məlum olmuşdur ki, səhvən onun adı “Sübhan” əvəzinə “Səbuhi” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda torpaq sahəsi ilə bağlı bir sıra məsələləri həll etmək istəyirlər. Şəhadətnamədə “ad” düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X15 ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılması barədə müraciət etmişdir, müvafiq xx xxxxxx 2020-ci il tarixli **********65 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN – 046A nömrəli (kod:40603048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X12, X10, X13, X11 və X7 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu, Məmmədağlı kəndində 1,01 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Bunud kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxx 1997-ci il tarixli, XX-ЖГ seriyalı, 375107 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1996-ci ildə Qəbələ rayonu Məmmədağalı kəndində doğulmuşdur. X1, anası X4r. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********65 nömrəli məktubundan görünür ki, JN-046A nömrəli “«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Məmmədağalı kənd X16 tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, 33 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu X5 xx xxx 1998-ci il tarixli 10 saylı qərarı ilə ona və ailəsinə torpaq sahəsi verilən zaman şəhadətnamədə Ərizəçi adı Sübhan əvəzinə səhvən Səbuhi kimi yazılmışdır. İşdə olan ərizəçiyə aid AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” oğlu kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin xx xxx 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən X12, X10, X13, X11 və X7 birgə mülkiyyətinə 1,01 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 046A nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən «Səbuhi» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN – 046A nömrəli (kod:40603048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə adları qeyd olunan hüquq sahiblərindən X12, X10, X13 və X8 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN – 046A nömrəli (kod:40603048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid olan hissəsinin Ərizəçi məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən X12, X10, X13, X11 və X7 birgə mülkiyyətinə 1,01 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 046A nömrəli (kod:40603048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar