Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-290/2021 01.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X3 məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında onun adının “Ahtac” olması barədə uşağın “adı” qrafasmda aparılmış qeydin düzgün olmamasının müəyyən edilməsi və həmin qrafada uşağın adının “Aytac” kimi düzəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 tələbini müdafiə edərək göstərdi ki, onlar - Ərizəçi1 və Ərizəçi2 xx xxxxxx 2003-cü il tarixdə Maraqlı şəxsndə 01 saylı nikah aktı ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan üç övladları - xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 doğulmuşdur. X1 xx.xx.2004-cü il tarixdə AZ-İ 544427 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir və şəhadətnamədə qızının adı “Aytac” kimi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixdə X3 “SƏYYAR ASAN 10” tərəfindən “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi” verilmişdir və şəxsiyyət vəsiqəsində də onun adı “Aytac” kimi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə X2 şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi məqsədi ilə Qəbələ Regional “Asan Xidmət” Mərkəzinə müraciət etdikdə onun doğum haqqında akt qeydlərində adının “Ahtac” kimi qeyd olunduğu və bu səbəbdən yeni şəxsiyyət vəsiqəsində də onun adının “Ahtac” olaraq göstəriləcəyi bildirilmişdir. Bu məsələnin aydınlaşdırılması üçün Maraqlı şəxsnə müraciət etdikdə isə qızının adının yazılışında texniki səhvə yol verildiyi bildirilmiş və səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, hal-hazırda qızı - X3 məxsus vətəndaşlıq vəziyyəti akt qeydlərinin düzgün olmamasının müəyyən edilməsi və akt qeydlərində düzəlişin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, qızının adı “Ahtac” deyil, “Aytac”dır. Qızı körpəlikdən bəri “Aytac” adı ilə çağırılır. Hər kəs - qohumlar, tanışlar, sinif yoldaşları, müəllimləri onu “Aytac” adı ilə tanıyır. Hətta yuxarıda qeyd edildiyi kimi qızına xx.xx.2004-cü il tarixdə doğum haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixdə şəxsiyyət vəsiqəsi verilərkən də həmin sənədlərdə onun adı “Aytac” kimi qeyd olunmuşdur. Bununla yanaşı qızı hal-hazırda Qəbələ rayonu Nic qəsəbəsi 3 saylı tam orta məktəbində oxuyur. Məktəbdə bütün rəsmi sənədlərdə onun adı “Aytac” olaraq göstərilmişdir. Odur ki, doğum akt qeydlərində qızının adının “Ahtac” kimi qeyd edilməsi texniki səhv olmuşdur. Ona görə də doğum akt qeydinin düzgün olmaması məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, Ərizəçi1 məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 iddia tələblərinin müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qəbələ rayon Nic kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2003-cü il tarixli, İİ- AZ №032997 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 ilə X13 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmışdır. İşdə olan, ərizəçilərin uşağı X3 aid, Qəbələ rayon Nic kənd İ.Ə.N tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZ-İ № 544427 saylı doğum haqqında şəhadətnamədə X2 adı “Aytac” olaraq göstərilmişdir. Həmçinin işdə olan, X3 aid AZE № 11240663 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə X2 adı “Aytac” olaraq göstərilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-335/13 nömrəli məktubla ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığından ərizəçilərin uşağının doğum haqqında akt qeydinə “X6” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 uşağı X2 adı “Aytac” olduğu halda doğum akt qeydi kitabında səhvən “Ahtac” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) ərizəçilərin uşağı X2 doğumu haqqında qeydində adın “Ahtac” kimi yazılmasının düzgün olmaması və adın “Aytac” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) ərizəçilərin uşağı X2 doğumu haqqında qeydində adın “Ahtac” kimi yazılmasının düzgün olmaması və adın “Aytac” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-290/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-290/2021
01.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver