Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-357/2021 06.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə Ərizəçi1 Cumar qızı və X4 adına verilmiş JN-0485 saylı (kodu ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının onlara aid hissədə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən bizim ailəyə paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə 1,23 ha pay torpaq sahəsi verilmişdir. Ailə üzvləri X7, Ərizəçi1, Ərizəçi2, X6, X5 və X3r. Ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair JN- 0485 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı da təqdim edilmişdir. Həmçinin JN-0485 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında onlardan başqa, yəni X8 və Ərizəçi2 başqa digər mülkiyyətçilərin inisialları düzgün yazılmışdır. Belə ki, torpaq sənədində onların yəni Ərizəçi1 ata adı Cumar kimi və Ərizəçi2 adı Rəhim kmi göstərilmişdir, şəxsiyyətlərini müəyyən edən sənədlərdə isə onun, yəni Mahirənin ata adı Cumay kimi, Rəhimin isə adı Rahim kimi qeyd olunmuşdur. Bütün bunlar onlara müəyyən problemlər yaratmışdır. Bu səbəbdən paylarının bölünərək hər birinin adına “Çıxarış” alınması və payları üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Lakin, göstəririk ki, torpağa mülkiyyət hüququna dair JN- 0485 saylı Dövlət Aktında payçı kimi göstərilən Ərizəçi1 Cumar qızı və X2 göstərilən inissiallar bizə, yəni Ərizəçi1 və Ərizəçi2 aiddir. Sözü gedən sənəd hüquqmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Həmçinin bu məsələ ilə əlaqədar DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmişlər. DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinin xx xxxxxx 2021-ci il tarixli, **********20 saylı məktubu ilə bizə cavab verildi ki, məhkəməyə müraciət etsinlər. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN- 0485 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktıdan görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X7, Ərizəçi1 Cumar qızı, X9, X6, X5 və X1 ümumi birgə mülkiyyətinə 1.23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxx 1951-ci il tarixli İ-İE № 606875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə Ərizəçi1 ata adı “Cumay” kimi qeyd olunmuşdur. İşdə olan Şəki rayonu Qoxmux kənd soveti tərəfindən verilmiş xx xxxxx 1982-ci il tarixli İİ-JQ № 469124 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə Ərizəçi1 ata adı “Cumay” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu sənəddə Ərizəçi1 ata adı “Cumay” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş xx xxxx 1983-cü il tarixli İX-JQ № 324236 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu sənəddə Ərizəçi2 adı “Rahim” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu sənəddə Ərizəçi2 adı “Rahim” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 1.23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 0485 (Kod: ********) nömrəli « “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X9”, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Cumar qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0485 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-357/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-357/2021
06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver