Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-409/2021 05.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə X5, X4, X6, X7 və X2 adına verilmiş JN- 0045 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Alcanova (Talıbova) Rəvanə Fəhrad qızı aid hissədə Ərizəçi1, Ərizəçi2 və Alcanova (Talıbova) Rəvanə Fəhrad qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş hüquq sahiblərinin adlarının siyahısında 3-cü sırada Ərizəçi1 Fərhad oğlunun soyadı Talıbov əvəzinə “Talıbova”, adı Röya əvəzinə “Paya”, ata adı isə Fəhrad oğlu əvəzinə Fərhad “qızı” kimi, 4-cü sırada Ərizəçi2 soyadı Talıblı əvəzinə “Talıbova”, ata adı isə Fəhrad oğlu əvəzinə “Fərhad qızı” kimi, 5-ci sırada isə Alcanova (Talıbova) Rəvanə Fəhrad qızının ata adı Fəhrad əvəzinə “Fərhad” kimi qeyd edilməklə texniki səhvlərə yol verilmişdir. Qeyd edilən JN-0045 saylı kodu 40600048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 1,37 ha torpaq sahəsini özəlləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd olunan JN-0045 saylı dövlət aktında göstərilmiş hüquq sahiblərinin adlarının siyahısında 3-cü sırada Ərizəçi1 soyadı Talıbov əvəzinə texniki səhv olaraq “Talıbova” adı Röya əvəzinə texniki səhv olaraq “Talıbova” adı Röya əvəzinə texniki səhv olaraq “Paya” ata adı isə Fəhrad oğlu əvəzinə “Fəhrad qızı” kimi qeyd edilmişdir. 4-cü sırada Ərizəçi2 soyadı Talıblı əvəzinə “Talıbova”, ata adı isə Fəhrad oğlu əvəzinə “Fərhad qızı” kimi, 5-ci sırada isə Alcanova (Talıbova) Rəvanə Fəhrad qızının ata adı Fəhrad əvəzinə “Fərhad” kimi qeyd edilməklə texniki səhvlərə yol verilmişdir. Qeyd edilən JN-0045 saylı kodu 40600048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 1,37 ha torpaq sahəsini özəlləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd olunan JN-0045 saylı dövlət aktında göstərilmiş hüquq sahiblərinin adlarının siyahısında 3-cü sırada Ərizəçi1 soyadı Talıbov əvəzinə texniki səhv olaraq “Talıbova”, adı Röya əvəzinə texniki səhv olaraq “Raya” ata adı isə Fəhrad oğlu əvəzinə “Fərhad qızı” kimi qeyd edilmişdir. 4-cü sırada Ərizəçi2 soyadı səhv olaraq “Talıbova” ata adı Fəhrad oğlu əvəzinə texniki səhv olaraq “Fərhad qızı” kimi, 5-ci sırada isə Alcanova (Talıbova) Rəvanə Fəhrad qızının ata adı texniki səhv olaraq Fəhrad qızı “Fərhad” qızı kimi qeyd edilmişdir. JN- 0045 saylı, kodu 40600048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən texniki səhvlərdə düzəliş edilmədən əməliyyat aparılması mümkün deyildir. Hesab edirlər ki, qeyd edilən texniki səhvlərə məhkəmə qaydasında düzəliş edilə bilər. AA ******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi1 soyadı, adı və ata adı düzgün olaaq “X11” kimi yox Ərizəçi1 kimi qeyd edilmişdir. XVİ-ЖГ 424790 saylı doğum haqqında şəhadətnamədə Ərizəçi2 soyadı və ata adı düzgün olaraq Ərizəçi2 kimi qeyd edilmişdir. AA-2148272 saylı şəxsiyyət vəsiqəsində adı və ata adı düzgün olaraq “Rəvanə Fərhad qızı” kimi yox Rəvanə Fəhrad qızı kimi qeyd edilmişdir. xx.xx.2014-cü il tarixdə Bunud kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanmış AZ-İ 966793 saylı nikah haqqında şəhadətnamədə də X3 adı avə ata adı düzgün olaraq Rəvanə Fəhrad qızı kimi qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0045 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarına əsasən, X5, X4, X6, X7 və X2 birgə mülkiyyətinə JN-0045 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə Qəbələ rayonu Vəndam kəndində 1,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Vəndam kənd sovetliyi tərəfindən verilmiş xx xxxxx 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 267518 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1991-ci ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. X1, anası X8r. İş materiallarında olan Qəbələ rayon Vəndam kənd icra hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 1994-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 424790 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1994-cü ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. X1, anası X8r. İş materiallarında olan Qəbələ rayon Vəndam kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 1996-ci il tarixli, XİX-ЖГ seriyalı, 458531 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1995-ci ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. X1, anası X8r. İş materillarında olan Qəbələ rayonu İH Bunud kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 966793 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X3 xx xxxxxx 2014-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alcanov, arvada Alcanova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********86 nömrəli məktubundan görünür ki, JN-0045 nömrəli «Torpağa mülkiyyət hüquqna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini X9 ailə tərkibi arvadı X10, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ibarətdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X5, X4, X6, X7 və X2 birgə mülkiyyətlərinə verilmiş JN-0045 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüquqna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən «Talıbova», adı səhvən «Paya», ata adı səhvən «Fərhad», cinsiyyəti səhvən «qızı» kimi, Ərizəçi2 soyadı səhvən «Talıbova», ata adı səhvən «Fərhad», cinsiyyəti səhvən «qızı» kimi, Ərizəçi3 isə ata adı səhvən «Fərhad» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi3 soyadının əvvəlcə Talıbova, nikaha daxil olduğdan sonra Alcanova olduğundan, bu məsələyə də münasibət bildirərək onun soyadının Alcanova (Talıbova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X5, X4, X6, X7 və X2 birgə mülkiyyətlərinə verilmiş JN-0045 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Alcanova (Talıbova) Rəvanə Fəhrad qızı aid hissədə Ərizəçi1, Ərizəçi2 və Alcanova (Talıbova) Rəvanə Fəhrad qızı məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-409/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-409/2021
05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver