Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-412/2021 05.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonun Nic qəsəbəsində yerləşən, HDQHDƏDR-dən **********35 nömrəli çıxarışda göstərilmiş 0.72 ha. torpaq sahəsindən, həmin torpaq sahəsinə aid bölgü planın (əvvəl ona verilmiş soldan birinci 0.18 ha.hissəyə bitişik olan ) sol tərəfindən ikinci cərgədəki ¼ pay olmaqla, 0.18 ha. hissəsinin və HDQHDƏDR-dən **********36 nömrəli çıxarışda göstərilmiş 0.81 ha. torpaq sahəsindən, həmin torpaq sahəsinə aid bölgü planının (əvvəl ona verilmiş 0.2025 ha. hissəyə bitişik olan) sağ tərəfdən üçüncü cərgədəki ¼ pay olmaqla 0.2025 ha. hissənin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatları aparılan zaman cavabdehlər Cavabdeh1 Krişaiyena, X6, o - İddiaçı Slabikovç və atası X4 ümumi mülkiyyətinə 0.81 hektar və 0.72 hektar yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahələri verilmişdir. Daha sonra, o, Qəbələ rayon Məhkəməsinə müraciət edərək həmin torpaq sahələrindən payların müəyyən edilməsini və onun payına düşən hissənin ayrılıb verilməsini istəmişdir. Məhkəmənin qətaməsi ilə hər bir torpaq sahəsindən payları ¼ hissədə müəyyən edilərək, 0.81 ha. torpaq sahəsindən hərbirinin payı 0.2025 ha, 0.72 ha. hissədən isə hərbirinin payı 0.18 ha. müəyyən edilmişdir. Qəbələ rayon Məhkəməsinin 2(025)-16/2020 saylı Qəradadı ilə payların naturada bölünməsi və sərhədlərinin müəyyən edilməsi üçün mühəndis-texniki ekspertiza təyin edilmişdir. Keçirilmiş ekspertiza payların naturada bölünməsinin mümkün olmasını müəyyən etmiş və ekspert rəyinə payların 4 hissədə olmaqla bölgü planını əlavə etmişdir. Həmin bölgü planına uyğun olaraq 0.72 ha. torpaq sahəsinin sol tərəfindən (talvara münasibətdə soldan) birinci 0.18 ha. hissəsi olmaqla və 0.81 ha torpaq sahəsinin bölgü planının sağdan ikinci cərgəsində göstərilmiş 0.2025 ha. hissəsi ayrılaraq mən verilməsi qət edilmiş və icra işi həyata keçirilərək tamamlanmışdır. Daha sonra, Mülkiyyətçilərin sırasından olan, atası X5 hər iki torpaq sahəsindən onun payına düşən (0.18 ha. və 0.2025 ha.) 1/4 hissələri ona bağışlamaq qərarına gəlmişdir. Atasının bu qərara gəlməsinə səbəb onun hal-hazırda ciddi xəstə olması, ona baxmaq üçün yanında ailəsinin olmaması, keçmiş arvadı Cavabdeh1 ilə boşandıqdan sonra onun harada olmasından xəbəri olmaması, qızı Timakova Rimmanın ailə quraraq köçdükdən sonra onunla maraqlanmaması, həm də özünə məxsus əmlakın müqəddəratını sağlığında həll etmək niyyəti olmuşdur. Belə ki, hələ torpaq islahatı aparılmamışdn əvvəl atası Q.Slavikə kolxozdan ev tikmək üçün 0.12 ha. həyətyanı torpaq sahəsi, hazırkı 0.72 ha. torpaq sahəsinə aid bölgü planın soldan ikinci cərgəsində olan 0.18 ha. torpaq sahəsnin ərazisindən verilmişdir. Torpaq islahatı başlananadək atası həmin 0.12 ha. (hazırkı 0.72 ha. torpaq sahəsinin bölgü planının soldan ikinci hissəsi olan 0.18 ha.) torpaq sahəsinin üzərində yaşayış evi inşa etmişdir. X7, sonuncu qeyd olunmuş 0.18 ha. hissə torpaq sahəsinin ona məxsus olmasını və orada olan evdə oğlu olaraq onun və ailəsinin ona baxmalı olduğunu hesab edərək, ona məxsus olan hər iki hissə torpaq sahəsini ona bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında HDQHDƏDR-dən onun adına 0.72 ha. torpaq sahəsinə dair **********35 nömrəli çıxarış və 0.81 ha. torpaq sahəsinə dair **********36 nömrəli çıxarış verilmişdir. Bu çıxarışlara əsasən hər iki torpaq sahələrinin 2\4 hissəsi onun mülkiyyətinə, cavabdehlərin hər birinin mülkiyyətinə isə ¼ hissəsi keçmişdir. Çıxarışların 400:00 manatdan artıq olan rüsumlarını və xidmət haqqının hamısını o, tək ödəmişdir. Onun payları ¼ hissədə ayrılan zaman icra işi həyata keçirilmiş və nəticədə 0.72 ha. torpaq sahəsinin 0.18 ha. hissəsi bölgü planının sol tərəfinin birinci cərgəsindən, 0.81 ha. torpaq sahəsinin isə 0.2025 ha. hissəsi bolgü planının sağ tərəfinin ikinci cərgəsindən ayrılaraq ona verilmişdir. Qeyd olunanlardan görünür ki, hər iki torpaq sahəsindən onun mülkiyyətinə daha bir 1/4 hissə pay keçmişdir. Hazırda həmin payların da ayrılaraq ona verilməsi və daha əvvəl verilmiş paylara birləşdirilməsi zərurəti yaranmışdır. Beləliklə, hər iki torpaq sahəsindən onun mülkiyyətinə keçmiş 2/4 hissə payın eyni ərazidə və bitişik olması üçün (həm də islahatdan əvvəl atasına verilmiş, hazırda isə onun mülkiyyətinə bağışlama yolu ilə keçmiş ¼ hissə payın ona ayrılması üçün) 0.72 ha. Torpaq sahəsinin bölgü planının sol tərəfdən ikinci cərgəsindəki 0.18 ha .hissəsi və 0.81 ha. torpaq sahəsinin bölgü planının sağ tərəfindən 3-cü cərgəsindəki 0.2025 ha. hissəsi ayrılaraq ona verilməsini istəyir Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, o Qəbələ rayon, Nic qəsəbəsində yerləşən özünəməxsus evdə yaşayır. Torpaq sahəsi də evinin yanında yerləşir. Qəbələ rayon, Nic qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsini İddiaçı bağışlamağa razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04.03.2020-ci il tarixli, 5158 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mühəndisi A.Quliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən RX seriyalı ******* nömrəli (reyestr nömrəsi - **********35; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 20.02.2019) və RX seriyalı ******* nömrəli (reyestr nömrəsi – **********36; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 20.02.2019) nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Nic kəndində yerləşən 0,81 ha və 0,72 ha torpaq sahəsindən İddiaçı, X5, Cavabdeh1 və Cavabdeh2 ¼ hissədən ibarət paylarının naturada bölünməsinin mümkün olduğu, məlumata 0,81 ha və 0,72 ha torpaq sahəsindən mülkiyyətçilərin hər birinə düşən ¼ hissədən ibarət paylarının mümkün variantda naturada müəyyən edilmiş bölgüsünün planı əlavə olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 2(025)-16/2020 saylı 12 iyun 2020-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, İddia tələbi qismən təmin edilmiş, RX seriyalı ******* nömrəli (reyestr nömrəsi - **********36; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - 20.02.2019) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,81 ha torpaq sahəsinin ¼ (0,2025 ha) hissəsi olmaqla, həmin təsərrüfat sahəsinə aid bölgü planının sağdan ikinci cərgəsində yerləşən (tövləyə və evə münasibətdə solda yerləşən) hissəsində və RX seriyalı ******* nömrəli (reyestr nömrəsi - **********35; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi- 20.02.2019) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 0,72 ha torpaq sahəsindən ¼ (0,18 ha) hissəsi olmaqla, həmin torpaq sahəsinə aid bölgü planının soldan birinci (talvara və evə münasibətdə solda yerləşən) hissəsindən Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 21 dekabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışa əsasən (reyestr nömrəsi – **********36; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) 0.81 ha torpaq sahəsinin onun payına düşən ¼ hissəsini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş 21 dekabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışa əsasən (reyestr nömrəsi – **********35; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) 0.72 ha torpaq sahəsinin onun payına düşən ¼ hissəsini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********36; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.81 ha torpaq sahəsindən Cavabdeh1, X2 hər birinin payı ¼, İddiaçı payı 2/4 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********35; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.72 ha torpaq sahəsindən Cavabdeh1, X2 hər birinin payı ¼, İddiaçı payı 2/4 hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-16/2020 saylı 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə RX seriyalı ******* nömrəli (reyestr nömrəsi - **********36; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - 20.02.2019) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,81 ha torpaq sahəsinin ¼ (0,2025 ha) hissəsi olmaqla, həmin təsərrüfat sahəsinə aid bölgü planının sağdan ikinci cərgəsində yerləşən (tövləyə və evə münasibətdə solda yerləşən) hissəsində və RX seriyalı ******* nömrəli (reyestr nömrəsi - **********35; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi- 20.02.2019) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 0,72 ha torpaq sahəsindən ¼ (0,18 ha) hissəsi olmaqla, həmin torpaq sahəsinə aid bölgü planının soldan birinci (talvara və evə münasibətdə solda yerləşən) hissəsindən Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi qət edilmişdir. 21 dekabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqavilələri ilə Maraqlı şəxs hər iki torpaq sahəsi üzrə onun payına düşən ¼ hissəsini İddiaçı bağışlamışdır. Beləliklə, Hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi – **********36; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) əsasən 0.81 ha torpaq sahəsindən Cavabdeh1, X2 hər birinin payı ¼, İddiaçı payı 2/4 hissədə və Hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi – **********35; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) əsasən 0.72 ha torpaq sahəsindən Cavabdeh1, X2 hər birinin payı ¼, İddiaçı payı 2/4 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən həmin torpaq sahələrinin naturada bölünməsini tələb edir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən göstərilən qaydada torpaq sahələrindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda (reyestr nömrəsi – **********35; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) göstərilmiş 0.72 ha torpaq sahəsindən, həmin torpaq sahəsinə aid bölgü planının (əvvəl iddiaçıya verilmiş soldan birinci 0.18 ha hissəyə bitişik olan) sol tərəfindən ikinci cərgədəki ¼ pay olmaqla, 0.18 ha hissəsi və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda (reyestr nömrəsi – **********36; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) göstərilmiş 0.81 ha torpaq sahəsindən, həmin torpaq sahəsinə aid bölgü planının (əvvəl iddiaçıya verilmiş 0.2025 ha hissəyə bitişik olan) sağ tərəfdən üçüncü cərgədəki ¼ pay olmaqla 0.2025 ha hissəsi naturada ayrılsın və İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda (reyestr nömrəsi – **********35; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) göstərilmiş 0.72 ha torpaq sahəsindən, həmin torpaq sahəsinə aid bölgü planının (əvvəl iddiaçıya verilmiş soldan birinci 0.18 ha hissəyə bitişik olan) sol tərəfindən ikinci cərgədəki ¼ pay olmaqla, 0.18 ha hissəsi və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda (reyestr nömrəsi – **********36; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.01.2021) göstərilmiş 0.81 ha torpaq sahəsindən, həmin torpaq sahəsinə aid bölgü planının (əvvəl iddiaçıya verilmiş 0.2025 ha hissəyə bitişik olan) sağ tərəfdən üçüncü cərgədəki ¼ pay olmaqla 0.2025 ha hissəsi naturada ayrılsın və İddiaçı verilsin Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-412/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-412/2021
05.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver