Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-459/2021 07.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN-195G, KOD 40608038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum ailə üzvləri X18 və X8 və onlara yəni-Ərizəçi1, X10 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, onlar yəni-Ərizəçi1, X10 və Ərizəçi3 xx.xx.1952-ci, xx.xx.1982-ci və xx.xx.1986-cı ildə Qutqaşen(indiki Qəbələ) rayonu, Aydınqışlaq kəndində anadan olmuşlar. O, xx.xx.2003-cü ildə X9 ilə nikaha daxil olaraq soyadını “Bilalova” kimi qeyd etdirmişdir. Digər ailə üzvləri X18 xx.xx.2019-cu il tarixində aorta(qapaq) çatmamazlığı və X13 xx.xx.2010-cu il tarixində ağciyər ürək çatmamazlığı xəstəliyindən vəfat etmişlər. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə onlara yəni-Ərizəçi1, Yusibova(Bilalova) Pərvanə Xalid qızına, Ərizəçi3 və digər mərhum ailə üzvləri X18 və X8 Qəbələ rayonu, Aydınqışlaq kəndi ərazisindən 0.35 ha fərdi yaşayış ücün torpaq sahəsi verilmiş və bu baradə onlara JN-195G, KOD 40608038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, soyadları “Yusibov” əvəzinə “Yusifova” kimi, ad isə “Ruslan“ əvəzinə “Rizvan” yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, X10, Ərizəçi3, X18 və X4 qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə soyadlar və ad düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən biz aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq olaraq xx xxxxxxx 2020-ci il tarixli **********78 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-195G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X19, X11, X16, X20 və X5 ümumi birgə mülkiyyətinə 0.35 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon, Zarağan kənd soveti tərəfindən verilmiş xx xxxxxxxx 1986-cı il tarixli Xİ-JQ № 433727 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 adı “Ruslan” soyadı “Yusibov” olaraq, həmçinin Ərizəçi1 və mərhum X1 “Yusibov” və “Yusibova” olaraq qeyd olunmuşdur. İşdə olan Bakı şəhər, Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli AZ İİ № 107318 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 adı “Ruslan” soyadı “Yusibov” olaraq qeyd olunmuşdur. İşdə olan xx xxxx 2003-cü il tarixli № 007036 saylı Diplomun surətindən görünür ki, burada Ərizəçi3 adı “Ruslan” soyadı “Yusibov” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon, Zarağan kənd soveti tərəfindən verilmiş xx xxxx 1982-ci il tarixli Vİİİ-JQ № 356823 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Yusibova (Bilalova) Pərvanə Xalid qızının soyadı “Yusibova” olaraq, həmçinin Ərizəçi1 və mərhum X1 “Yusibov” və “Yusibova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Zarağan kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli AZ T № 003850 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Bilalov, arvada Bilalova soyadı verilmişdir. Burada ərizəçi Yusibova (Bilalova) Pərvanə Xalid qızının soyadı “Yusibova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 359 saylı nikah haqqında arayışdan görünür ki, Ərizəçi1 ilə X6 arasında xx.xx.1977-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Yusibov, arvada Yusibova soyadı verilmişdir. Burada Ərizəçi1 soyadı “Yusibov” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Aydınqışlaq kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli AZ-İİ № 091989 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə Qəbələ rayonu, Aydınqışlaq kəndində vəfat etmişdir, Burada mərhum X2 “Yusibova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli AZ-İİ № 091993 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2109-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda vəfat etmişdir, Burada mərhum X3 “Yusibova” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 0.35 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-195G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, mərhum “X18” əvəzinə “X20”, mərhum “X13” əvəzinə “X14”, “Ərizəçi1” əvəzinə “X19”, “X10” əvəzinə “X11”, “Ərizəçi3” əvəzinə “X16” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-195G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Bilalova (Yusibova) Pərvanə Xalid qızına, Ərizəçi3, mərhumlar X8 və X15 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-459/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-459/2021
07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver