Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-463/2021 28.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə (0,29 ha sahəyə dair JN-1290A, KOD 40600048 və 0,60 ha sahəyə dair JN-1290C, KOD ********) adı Zəmilə kimi göstərilmiş şəxsin Ərizəçi1 olduğuna, adı səhvən Gülər kimi göstərilmiş şəxsin Ərizəçi2 olduğuna, adı və soyadı səhvən Umudova Umman kimi göstərilmiş şəxsin Əmrahova (nikahdan əvvəl Umudzadə) Ümman Mövsüm qızı olduğuna, adı səhvən Xaqani, soyadı səhvən Umudov kimi göstərilmiş şəxsin Ərizəçi4 olduğuna, yəni ordakı adların ərizəçilər olduğuna və sənədlərin onlara məxsus olduğuna dair faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, onlar Vəndam qəsəbəsində anadan olmuşlar. Torpaq islahatı ilə əlaqədar adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə (0,29 ha sahəyə dair JN-1290A,KOD 40600048 və 0,60 ha sahəyə dair TN- 1290C, KOD ********) ad və soyadları şəxsiyyəti təsdiq edən sənədlərdəkindən fərqli, bəziləri səhv olaraq qeyd olunmuşdur. Ərizəçi1 adı hər iki şəhadətnamədə səhvən Zəmilə kimi qeyd olunmuşdur. Ərizəçi2 07.10.2009-cu ildə X11 ilə nikaha daxil olaraq onun soyadını götürmüşdür, şəhadətnamədə adı səhvən Gülər kimi yazılmışdır. O, X6 11.06.2013-cü ildə X16 ilə nikaha daxil olduqdan sonra onun soyadını seçmiş, şəhadətnamədə adı səhvən Umman, soyadı isə Umudzadə əvəzində səhvən Umudova kimi yazılmışdır. Ərizəçi4 soyadı şəhadətnamədə səhvən Umudov, adı isə səhvən Xaqani kimi qeyd olunmuşdur. Şəhadətnamələrdə olan olan torpağını daşınmaz əmlak kimi adlarına qeydiyyata aldırmaq istəyərkən hazırkı problemlər ortaya çıxmışdır. Yuxarıda qeyd olunan uyğunsuzluq və səhvlər səbəbindən torpağının daşınmaz əmlak kimi adına qeydiyyata alınmasından imtina olunmuş və bu barədə AR ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ailə və təsərrüfat başçısı X12 adına göndərilmiş 18.09.2020-ci il tarixli məktubda məhkəməsə müraciət etməyi təklif olunmuşdur. Odur ki. hüquqmüəyyənedici sənədlərin, yəni dövlət aktındakı adların onlar olduğuna, həmin sənədin onlara məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün hazırkı ərizə ilə müraciət edirlər. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi4 və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1290A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Nümayəndə, X2, X3, X4 və X5 ümumi birgə mülkiyyətinə 0.29 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1290C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Nümayəndə, X2, X3, X4 və X5 ümumi birgə mülkiyyətinə 0.60 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 29 noyabr 1969-cu il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Paşayeva (Cəfərova) Zəminə Sabir qızının adı “Zəminə” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 12 fevral 1988-ci il tarixli İV-JQ № 423060 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Nümayəndə arasında 12 fevral 1988-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. Burada Ərizəçi1 adı “Zəminə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Zəminə” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 02 yanvar 1989-cu il tarixli AZ № 279181 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Mürsəlova (Umudova) Güllər Mövsüm qızının adı “Güllər” olaraq, həmçinin Ərizəçi1 adı “Zəminə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Vəndam İ.H.B tərəfindən verilmiş 07 oktyabr 2009-cu il tarixli AZ-İ № 531341 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X11 arasında 07 oktyabr 2009-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Mürsəlov, arvada Mürsəlova soyadı verilmişdir. Burada Ərizəçi2 adı “Güllər” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 24.02.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı şəxsiyyəti təsdiq edən sənəddə “Güllər” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 09 avqust 1991-ci il tarixli XİV-JQ № 471620 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Əmrahova (Umudzadə) Ümman Mövsüm qızının adı “Ümman” olaraq, soyadı “Umudzadə” olaraq, həmçinin Ərizəçi1 adı “Zəminə” olaraq qeyd olunmuşdur. İşdə olan Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 iyun 2013-cü il tarixli AZ-İ № 865184 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X16 arasında 11 iyun 2013-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. Burada ərizəçi Əmrahova (Umudzadə) Ümman Mövsüm qızının adı “Ümman” olaraq, soyadı “Umudzadə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN 4 tərəfindən verilmiş 11.06.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı şəxsiyyəti təsdiq edən sənəddə “Ümman” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Vəndam kənd icra nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 1999-cu il tarixli İ-AZ № 067364 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi4 adı “Xaliqverdi” olaraq, soyadı “Umudlu” olaraq, həmçinin Ərizəçi1 adı “Zəminə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 02.09.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 şəxsiyyəti təsdiq edən sənəddə adı “Xaliqverdi” olaraq, soyadı “Umudlu” olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli, **********421 saylı elektron arayışdan görünür ki, Umudlu X1 və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən 05 iyul 2019-cu il tarixində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.29 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1290A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və 0.60 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1290C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X10”, “X8” əvəzinə “X13”, “X9” əvəzinə “X14” və “Ərizəçi4” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1290A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-1290C (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Mürsəlova (Umudova) Güllər Mövsüm qızı, Əmrahova (Umudzadə) Ümman Mövsüm qızı və Ərizəçi4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-463/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-463/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver