Məhkəmə qərarları › İş №2(025)-536/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-536/2021

28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-536/2021 28.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı Karegı̇ noviçin və cavabdeh Abdulhəlı̇ mov Bəxtı̇ yar Nərı̇ man oğlunun iştirakları ilə, İddiaçı Karegı̇ noviçin cavabdeh Abdulhəlı̇ mov Bəxtı̇ yar Nərı̇ man oğluna qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə törədilən maneələrə son qoyulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Karegı̇ noviç cavabdeh Abdulhəlı̇ mov Bəxtı̇ yar Nərı̇ man oğluna qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə törədilən maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Karegı̇ noviç ərizə təqdim edərək iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Abdulhəlı̇ mov Bəxtı̇ yar Nərı̇ man oğlu ərizə təqdim edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı Karegı̇ noviçin cavabdeh Abdulhəlı̇ mov Bəxtı̇ yar Nərı̇ man oğluna qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə törədilən maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.7, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Karegı̇ noviçin cavabdeh Abdulhəlı̇ mov Bəxtı̇ yar Nərı̇ man oğluna qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə törədilən maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verlilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar