Məhkəmə qərarları › İş №2(025)-587/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-587/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-587/2021 19.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-478F, kod 40608018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona aid hissəsində Nüsrətzadə (Muradova) Həqiqət Əlihüseyn qızına və JN - 0177 nömrəli kod 40608018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının ona dair hissəsində Zülfüqarova (Şahverdiyeva) Bikəxanım Daşdəmir qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, o, xx.xx.1964-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndində anadan olmuşdur. 16.01.1990-cı ildə X29 ilə nikaha daxil olaraq soyadını “Zülfüqarova” kimi qeyd etdirmiş və Qəbələ rayon Qeydiyyat şöbəsinin 03.12.2011ci il tarixli, 77 nömrəli akt qeydi ilə nikahın pozulması qeydə alınmış və həmin tarixdən əvvəlki soyadı olan “Şahverdiyeva” soyadım qəbul etmişdir. Muradova (Nüsrətzadə) Həqiqət Əlihüseyn qızı xx.xx.1995-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşdür. 15.06.2013-cü il tarixdə X37 ilə nikaha daxil olaraq soyadıı “Muradova” kimi qeyd etdirmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə X18, X26 və onlara yəni- X19ma, X30ma Qəbələ rayonu, Zarağan kəndi ərazisindən 0.37 ha həyətyanı torpaq sahəsinə görə JN-479F, KOD 40608018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə X18, X26 və onlara yəni-X19ma, X14 Qəbələ rayonu ərazisindən 0.93 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə JN-177, KOD 40608018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, onun (Zülfüqarova (Şahverdiyeva) Bikəxanım Daşdəmir qızı) Dövlət Aktında atanın adı səhvən “Dadır” kimi yazılmış, lakin doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsi və digər sənədlərdə “Daşdəmir” kimi qeyd edilmişdir və “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə” Nüsrətzadə(Muradova) Həqiqət Əlihüseyn qızının soyadı səhvən “Zülfüqarova” kimi yazılmış, lakin doğum və nikah haqqında şəhadətnamələrimdə və digər sənədlərdə “Nüsrətzadə” kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər, lakin Şəhadətnamədə və Dövlət Aktında soyad və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamə və aktmdakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və “Torpağa mülkiyyət hüququna. Dair” Dövlət Akında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq 09 oktyabr 2020-ci il tarixli **********46 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyytlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-479F (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X15, Zülfüqarova Bİkəxanım Daşdəmir qızının, X20 və X12 ümumi birgə mülkiyyətinə 0.37 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-0177 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən, X15, Zülfüqarova Bİkəxanım Dadir qızının, X20 və X13 ümumi birgə mülkiyyətinə 0.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 03 dekabr 2020-ci il tarixli, 146/69 nömrəli AR Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 27.07.1964-cü il tarixdə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuşdur. Bu barədə 31.03.1964-cü tarixdə Qəbələ rayon Tüntül kənd İƏN-də 87 № doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7 milliyyəti azərbaycanlı, X11 milliyəti azərbaycanlı göstərilmişdir. İşdə olan 10 noyabr 2020-ci il tarixli, 136/69 nömrəli AR Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 Bikəxanım Daşdəmir qızı ilə 16.01.1990-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə 16.01.1990-cı il tarixdə 45 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah qeydə alındığı yer Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. Qeyd: Bu nikah 03.12.2011-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 77 №-li nikahın pozulması haqqında akt qeydi ilə pozulması göstərilmişdir. İşdə olan 08 sentyabr 2020-ci il tarixli, 86/69 nömrəli AR Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 Bikəxanım Daşdəmir qızı ilə 03.12.2011-cı il tarixdə 77 №-li nikahın pozulması haqqında akt qeydi tərtib olunmuşdur. Nikah pozulmasının qeydə alındığı yer; Qəbələ rayon Qeydiyyat şöbəsi. Nikah pozulduqdan sonra ərə Zülfüqarov, arvada Şahverdiyeva soyadı verilməsi göstərilmişdir. İşdə olan 13 sentyabr 2020-ci il tarixli, 90/69 nömrəli AR Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X36 qızı xx.xx.1995-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşdur. Bu barədə 12.07.1995-ci tarixdə Qəbələ rayon Zarağan kənd İƏN-də 44 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X9 milliyyəti azərbaycanlı, X5 milliyəti azərbaycanlı göstərilmişdir. İşdə olan 13 sentyabr 2020-ci il tarixli, 91/69 nömrəli AR Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 Həqiqət Əlihüseyn qızı ilə 15.08.2013-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə 16.01.1990-cı il tarixdə 09 №-li akt qeydi tərtib olunmuşdur. Nikah qeydə alındığı yer: Qəbələ rayonu, Tüntül kənd İƏN-yi. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Şahverdiyeva”, atasının adı “Daşdəmir” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Muradovan” olaraq qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi1 verilmiş 26 noyabr 2020-ci il tarixli 638 saylı arayışından görünür ki, JN-177, KOD 40608018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi1 Dadır qızının adı X6 oxunmalıdır. Qeyd: Qəbələ rayon Zarağan kəndinə Ərizəçi1 Dadır qızı adında şəxs qeydiyyatda deyil və yaşamır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi2 verilmiş 26 noyabr 2020-ci il tarixli 637 saylı arayışından görünür ki, JN-479F, KOD 40608018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X25 Əlihüseyn qızı X10 oxunmalıdır. Qeyd: Qəbələ rayon Zarağan kəndinə X22 adında şəxs qeydiyyatda deyil və yaşamır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.37 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-478F (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “X27” əvəzinə “X22” kimi və ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0177 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək “X16” əvəzinə “X32” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-479F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0177 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçilər Şahverdiyeva (Zülfüqarova) Bikəxanım Daşdəmir qızı və Muradova (Nüsrətzadə) Həqiqət Əlihüseyn qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar