Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-596/2021 19.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 15.05.1998 - ci il tarixli 09 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adına verilmiş JN- 041F, kod 40605018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK –nin 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN -041F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə mülkiyyətçilərin soyadları texniki səhv olaraq düzgün qeyd edilməmişdir. Belə ki, hüquq sahiblərinin adları siyahıda 1-ci, 2-ci və 3-cü sırada hüquq sahiblərinin hər birinin soyadı texniki səhv olaraq “Ərizəçi1” əvəzinə, “X7”, “Ərizəçi2” əvəzinə “X4” və “Ərizəçi3” əvəzinə texniki səhv olaraq “X6” kimi qeyd edilmişdir. Qeyd edilən JN -041F saylı Şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında soyadlarında mövcud olan texniki səhvlər maraqlı şəxs DDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə payların müəyyən edilməsi zamanı aşkar olunmuşdur. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ərizəyə verilmiş 20.10.2020-ci il tarixli cavab məktubunda Məhkəməyə müraciət etməyini tövsiyyə olunmuşdur. Ona görə də JN-041F saylı Şəhadətnamədə qeyd edilən soyadlarda olan texniki səhvlərin məhkəmə qaydasında düzəliş edilməsini istəyirlər. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində soyad düzgün olaraq Ərizəçi1 kimi qeyd edilmişdir. İ l/İE N 815354 saylı Ərizəçi2 adına verilmiş doğum haqqında şəhadətnaməni 2-ci səhifəsində anası qrafasında soyadı düzgün olaraq Ərizəçi1 kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində soyadı düzgün olaraq Ərizəçi2 oğlu kimi qeyd edilmişdir. İ-ME № 815354 saylı döğum haqqında şəhadətnamədə də soyadı düzgün olaraq Ərizəçi2 kimi qeyd edilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 20.10.2020-ci il tarixdə verilmiş arayışda Ərizəçi3 soyadı düzgün olaraq Əzimov kimi qeyd edilmişdir. Həmin arayışda ata qrafasında X8, ana qarfasında isə Ərizəçi1 qeyd edilmişdir. AZE №0******* saylı şəxsiyyət vəsiqədən də görünür ki, Ərizəçi3 düzgün soyadı “Ədilov” yox Əzimovdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-041F saylı (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X5, X1 və X3 ümumi birgə mülkiyyətinə 0.36 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə soyadı “Əzimova” olaraq qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Həmzəlli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi1 verilmiş 19 oktyabr 2020-ci il tarixli, 294 saylı arayışından görünür ki, o həqiqətən Qəbələ rayon Həmzəlli kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Qutqaşen (Qəbələ ) rayon ZAQS bürosu tərəfindən verilmiş 22 dekabr 1959-cu il tarixli İИ №815354 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1959-cu il tarixdə Qutqaşen (Qəbələ) rayonu, Həmzəlli kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə soyadı “Əzimova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Əzimova” olaraq qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Həmzəlli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi2 verilmiş 19 oktyabr 2020-ci il tarixli 293 saylı arayışından görünür ki, o həqiqətən Qəbələ rayon Həmzəlli kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan 20 oktyabr 2020-ci il tarixli Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi3 xx.xx.1974-cü il tarixdə Qəbələ rayonu, Həmzəlli kəndində anadan olmuşdur. Bu barədə 17.05.1974-cü tarixdə 29 № doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, Anası Ərizəçi2 göstərilmişdir. İş materiallarına əlavə olunmuş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Əzimov” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.367 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN -041F saylı (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1 əvəzinə “X7” kimi, “Ərizəçi2” əvəzinə “X4” kimi və “Ərizəçi3” əvəzinə “X6” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-041F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-596/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-596/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver