Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-617/2021 01.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 22 avqust 2004-cü il tarixində doğulması barədə doğum akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun oğlu X5 22 avqust 2004-cü il tarixində Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuşdur. Oğluna şəkilli şəxsiyyət vəsiqəsi almaq üçün Qəbələ regional ASAN xidmət mərkəzinə müraciət etdi və oğlunun doğumu sistemdə çıxmadığı üçün, onu yönlədirdilər Maraqlı şəxsnə. Bundan sonra o, Maraqlı şəxsnə müraciət etdi ki, doğum haqqında şəhadətnamə alsın. Ona bildirmişlər ki, doğum akt qeydi tapılmadığından şəhadətnamənin verilməsi mümkün deyildir. Doğum haqqında şəhadətnamənin olmamasıda onlara maneçilik yaradır. Belə ki, oğlunun təhsili ilə bağlı həmin doğum şəhadətnaməsi lazımdır ki, onlar şəkilli şəxsiyyət vəsiqəsi alsınlar. Bütün bunları nəzərə alaraq o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Lakin 01 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra o, təkrar Qəbələ regional ASAN xidmət mərkəzinə müraciət etdi ki, şəkilli şəxsiyyət vəsiqəsi alsın. Lakin onlar təkrar ona bildirdilər ki, “doğum akt qeydi aşkarlanmadığı üçün Sizə xidmət göstərə bilmirik.” Belə olan halda o, təkrar məhkəməyə müraciət etməli oldu. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-351/13 saylı 04.12.2020-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarında “X5”-nun doğum haqqında akt qeydi aşkar edilməmiş və onlara təqdim edilən AZ-İ 444216 saylı doğum haqqında şəhadətnamədə peçat oxunmadığı üçün doğum haqqında akt qeydinin bərba edilməsi mümkün deyil, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 16 dekabr 2000-ci il tarixdə verilmiş Vİİ-JQ № 429216 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 dekabr 2000-ci ildə X4 ilə nikah bağlamış və bu barədə nikah haqqında akt qeydləri kitabında 466 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Böyük Pirəlli kənd İ.Ə.N tərəfindən 01 sentyabr 2004-cü il tarixdə verilmiş AZ-İ № 444216 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X5 22 avqust 2004-cü ildə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Səyyar ASAN10 tərəfindən 12 fevral 2016-cı il tarixdə verilmiş AZE № 12692560 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X5 22 avqust 2004-cü ildə Qəbələ rayonunda anadan olmuşdur, həmin sənəddə ata qrafasında “Mustafayev Əlvan”, ana qrafasında “Ərizəçi” qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 22 avqust 2004-cü il tarixdə Qəbələ rayonunda doğulmuşdur. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, X2 22 avqust 2004-cü il tarixdə Qəbələ rayonunda doğulması, atasının X3, anasının Ərizəçi olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçinin oğlu - X2 22 avqust 2004-cü il tarixdə Qəbələ rayonunda doğulması, atasının X3, anasının Ərizəçi olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-617/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-617/2021
01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver