Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-618/2021 07.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvən qeyd olunmuş adının düzəldilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvən qeyd olunmuş adının düzəldilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Qeydiyyat şöbəsində Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona, yəni Ərizəçi məxsus doğum haqqında akt qeydində onun, atasının və anasının soyadının “Rəhimov”, “Rəhimov”, “Rəhimova” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Əmrahov”, “Əmrahov”, “Əmrahova” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, valideynləri, atası X15 və anası X6 1980-ci ildə nikaha daxil olmuşlar və nikahdan sonra anasının familiyası “Əmrahova” kimi qeyd olunmuşdur. O, xx xxxx 1981-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur və valideynləri Qəbələ rayonu, Vəndam kənd sovetliyinə doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmişdir. X1 01 yanvar 2004-cü il tarixdə mədə xərçəngi xəstəliyindən vəfat etmişdir. O, bir neçə ay bundan öncə anasından miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair müraciət etmiş və onun Qəbələ rayon Vəndam kənd soveti tərəfindən X11 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan 10.08.1981-ci ildə tərtib edilmiş 115 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən onun, atasının və anasının soyadları “Əmrahov”, “Əmrahova” əvəzinə səhvən “Rəhimov”, “Rəhimova” kimi qeyd olunmuşdur. Hamı isə onu uşaqlıqdan indiyə kimi Ərizəçi, valideynləri isə X15 və X2 tanımışlar. Həmçinin, orta məktəbi bitirməsi barədə attestatda, hərbi biletində, şəxsiyyət vəsiqəsində, nikah və ölüm haqqında şəhadətnamələrdə və s. digər sənədlərdə Ərizəçi, X15 və Əmrahov (Məmmədova) Solmaz Məhəmməd qızı kimi yazılmışdır. “Rəhimov” soyadı isə mərhum babası X3 olmuşdur. O, Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş soyadları düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququ olması izah edilmiş, bu barədə rəsmi olaraq 11 fevral 2021-ci il tarixli, 05/Q-199/15 saylı imtina məktubu da verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, 07.05.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş 20.04.2007-ci il tarixli, l-AZ seriyalı, 316414 №-li “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X7 20 aprel 2007-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 34 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Musayeva soyadı verilmişdir. İşdə olan Qutqaşen rayonu Vəndam kənd soveti tərəfindən verilmiş 21.04.1980-ci il tarixli, 334704 №-li “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X4 24 aprel 1980-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ərizəçiyə aid 24 aprel 2021-ci il tarixli, 162 nömərli “Doğum haqqında” arayışdan görünür ki, X16 xx xxxx 1981-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur. X8, anası X5r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.03.2021-ci il tarixli, AZ- İİ seriyalı, 138108 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin mərhum anasının adı, soyadı və ata adı “X9” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.12.2020-ci il tarixli, AZ- İİ seriyalı, 137924 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin mərhum babasının adı, soyadı və ata adı “X18” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli 1541 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Bakı şəhərində yaşayır. İşdə olan Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 05/Q-199/15 nömrəli məktubla ərizəçiyə 10.08.1981-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə İƏN tərəfindən tərtib edilmiş 115 nömrəli doğum haqqında akt qeydində soyadının və atasının soyadının “Rəhimov”, anasının soyadının “Rəhimova” yazılması, doğum haqqında akt qeydi ilkin sənəd olduğu üçün və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından soyadların “Əmrahov”-a düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 14.07.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan 18.07.2007-ci il tarixli, AO ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan A 140380 nömrəli “Tam Orta Təhsil Haqqında Attestat”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1981ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş və onun doğum akt qeydiyyatı kitabında səhvən soyadı “Rəhimov” kimi, atasının soyadı səhvən “Rəhimov” kimi və anasının soyadı səhvən “Rəhimova” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, hərbi bilet və digər sənədlərdə soyadı “Əmrahov” kimi qeyd olunmuşdur. Həmçinin atasında məxsus şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə, anasına məxsus ölüm haqqında şəhadətnamə də atasının soyadı “Əmrahov”, anasının soyadı “Əmrahova” kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində soyadının və atasının soyadının “Rəhimov” kimi, anasının soyadının “Rəhimova” kimi yazılmasının düzgün olmaması, onun soyadının və atasının soyadının “Əmrahov”, anasının soyadının “Əmrahova” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və onun soyadının “Əmrahov”, atasının soyadının “Əmrahov” və anasının soyadının “Əmrahova” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-618/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-618/2021
07.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver