Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-698/2021 20.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X6, X12, Ərizəçi2 Səyalı qızı, X11, X7 və X4 adına verilmiş JN – 049G və JN – 049A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin onlara aid hissəsədə onlara - Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, onlara və ailə üzvlərinə, yəni X6, X12, Ərizəçi2 Səyalı qızı, X11, X7 və X5 Qəbələ rayonu Tiknalı kəndində JN – 049G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,39 ha və JN – 049A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,13 ha həyətyanı torpaq sahələri verilmişdir. Lakin şəhadətnamələrdə Ərizəçi1 adı səhvən “Mövlan” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə adı Möylam kimi göstərilmişdir. Həmçinin Ərizəçi2 ata adı səhvən “Səyalı” kimi göstərilmişdir. Lakin digər sənədlərdə ata adı Səbzalıdır. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında (nikaha daxil olandan sonra) şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adları Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamələrdə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən Ərizəçi1 aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 16 aprel 2021-ci il tarixli, **********13 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-049G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X6, X12, Ərizəçi2 Səyalı qızı, X11, X7 və X4 birgə mülkiyyətinə JN-049G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayonu Tikanlı kəndində 0,39 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-049A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X6, X12, Ərizəçi2 Səyalı qızı, X11, X7 və X4 birgə mülkiyyətinə JN-049G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayonu Tikanlı kəndində 0,13 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Tikanlı inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 03 yanvar 1997-ci il tarixli, XX-ЖГ seriyalı, 266551 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1996-ci ildə Qəbələ rayonu Tikanlı kəndində doğulmuşdur. X3, anası Ərizəçi2dır. İş materiallarında olan 24 fevral 1968-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1968-ci ildə Qəbələ rayonu Nic kəndində doğulmuşdur. X1, anası X2r. İş materillarında olan Qutqaşen rayonu Tikanlı kənd soveti tərəfindən verilmiş 07.04.1988-ci il tarixli, İV-ЖГ seriyalı, 423080 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 07 aprel 1988ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Niftalıyev, arvada Niftalıyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 16 aprel 2021-ci il tarixli **********13 nömrəli məktubundan görünür ki, JN-049A və JN-049G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Tikanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 169 aprel 2021-ci il tarixli, 229 nömrəli arayışdan görünür ki, JN-049A (kod ********) nömrəli və JN-049G (kod ********) nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə Ərizəçi2 əvəzinə səhvən “Ərizəçi2 Səyalı qızı”, Ərizəçi1 əvəzinə səhvən “X9” kimi göstərilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və Ərizəçi2. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X6, X12, Ərizəçi2 Səyalı qızı, X11, X7 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-049G (Kod: ********) nömrəli və JN-049A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi1 adı səhvən «Mövlan» kimi, Ərizəçi2 ata adı səhvən «Səyalı» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X6, X12, Ərizəçi2 Səyalı qızı, X11, X7 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-049G (Kod: ********) nömrəli və JN-049A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi1 və Ərizəçi2 aid hissədə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-698/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-698/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver