Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-755/2021 07.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001ci il tarixli, 03 nömrəli qərarına əsasən X8, X6, X7, X9 və X3 adına verilmiş JN-1556F nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin, ona aid hissədə yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ şəhərində, Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvülərinə, JN-1556F nömrəli 40601004 kodlu şəhadətnamə əsasında 0.06 ha çöl torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq adı Natiq yazılmışdır. Adının Namik əvəzinə Natiq yazılmasının səbəbi ona aydın deyil, bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə adının səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Həmçinin ona məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, diplomunda adı Namik kimi yazılmışdır. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona, yəni Ərizəçi məxsus olması müəyyən edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1556F saylı, KOD 40601004kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X4, X1, X2, X5 və X3 oğlunun ümumi birgə mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon qeydiyyat bürosu tərəfindən 24 sentyabr 1958-ci il tarixdə verilmiş İ-İE № 684021 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1954-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Namik” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən 08 sentyabr 1983-cü il tarixdə verilmiş İİİ-JQ № 319393 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 08 sentyabr 1983-cü il tarixdə X10 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin adı “Namik” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 31.10.2015-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı şəxsiyyəti təsdiq edən sənəddə “Namik” olaraq qeyd edilmişdir. İşdə olan Ərizəçi məxsus, 05 aprel 1977-ci il tarixdə verilmiş 006291 saylı Diplomun surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Namik” olaraq qeyd edilmişdir. İşdə olan Ərizəçi məxsus, 26 iyun 1982-ci il tarixdə verilmiş 783213 saylı Diplomun surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Namik” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 1556F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1556F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-755/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-755/2021
07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver