Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-86/2021 26.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə X15, X24, X22, X25, X9 adına verilmiş JN- 362A saylı, kodu 40608018 olan Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin X15, X25 və X12 aid hissədə nənələri - X13, onlara - Ərizəçi2 və Dadaşzadə (Ağazadə) Şahnaz Zahir qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş JN-362A saylı, kodu 40608018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adlarının siyahısında 1-ci sırada texniki səhv olaraq ad “Səyyarə”, 4-cü sırada soyad texniki səhv olaraq “Ağayev”, 5-ci sırada isə texniki səhv olaraq soyad “Ağayeva” kimi qeyd edilmişdir. Ailə üzvlərinin mülkiyyətində olan 0,83 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi və hər bir payçının adına rəsmiləşdirmə aparmaq istərkən müəyyən olunmuşdur ki, hüquq sahiblərinin adlarının siyahısında 1-ci sırada texniki səhv olaraq ad “Səyyarə”, 4-cü sırada soyad texniki səhv olaraq “Ağayev”, 5-ci sırada isə texniki səhv olaraq soyad “Ağayeva” kimi qeyd edilmişdir. Yəni, JN- 362A saylı, kodu 40608018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adlarının siyahısında 1-ci sırada X13 münasibətdə ad X17 əvəzində texniki səhv olaraq X1 qeyd edilmişdir. 4-cü sırada isə Ərizəçi2 münasibətdə soyadı Ərizəçi2 əvəzində texniki səhv olaraq X8 qeyd edilmişdir. 5-ci sırada X14 münasibətdə soyadı X18 əvəzində texniki səhv olaraq X2 qeyd olunmuşdur. Onların həqiqi soyadları, adları və ata adları Dadaşzadə (Ağazadə) Şahnaz Zahir qızı və Ərizəçi2 kimidir. xx.xx.2004-cü il tarixində AZ-İİ № 016397 nömrə ilə Zarağan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə nənələrinin adı X3 qeyd olunmuşdur. xx.xx.1993-cü il tarixdə XVİİ- ЖГ № 360302 nömrə ilə Zarağan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə adı Ərizəçi2 kimi qeyd edilmişdir. xx.xx.1994-cü il tarixdə XVİİİ-ЖГ № 381952 nömrə ilə Zarağan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə adı X4 qeyd edilmişdir. xx.xx.2016-cı il tarixdə AZ-İİ № 131930 nömrə ilə Bakı şəhəri 5 saylı ASAN xidmət mərkəzi tərəfindən qeydə alınmış nikah haqqında şəhadətnaməyə əsasən soyadı nikah bağlandıqdan sonra Dadaşzadə olaraq qeyd edilmişdir. Ona məxsus seriya AA ******* saylı şəxsiyyət vəsiqəsində soyadı və adı Ərizəçi1 kimi göstərilməklə düzgün qeyd edilmişdir. Ona məxsus AZE № ******** saylı şəxsiyyət vəsiqəsində soyadı və adı Ərizəçi2 kimi göstərilməklə düzgün qeyd edilmişdir. Hesab edirlər ki, JN-362A saylı, kodu 40608018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən texniki səhvlər məhkəmə qaydasında düzəliş edilərək həmin şəhadətnamədə hüquq sahiblərinin adlarının siyahısında 1-ci sırada qeyd edilmiş X5 adının – X13, 4-cü sırada qeyd edilmiş X25 adının – Ərizəçi2, 5-ci sırada qeyd olunmuş X9 adının – X14 məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-362A (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxx 2002ci il tarixli 03 nömrəli qərarına əsasən, X15, X24, X22, X25 və X9 birgə mülkiyyətinə JN-362A (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayonu Zarağan kəndində 0,83 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd İƏN tərəfindən verilmiş xx xxxxxx 1993-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 360302 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1993-cü ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur. X7, anası X16r. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd İƏN tərəfindən verilmiş xx xxxxxx 1994-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 381952 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, X18 xx xxxx 1994-cü ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur. X7, anası X16r. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİ seriyalı, 131930 №-li «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X6 ilə X10 xx xxxx 2016-cı ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3291 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Dadaşzadə soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd İƏN tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-İİ seriyalı, 016397 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X17 “ağ ciyər ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2004-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 27 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********55 nömrəli məktubundan görünür ki, JN-362A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 560 nömrəli arayışdan görünür ki, Dadaşzadə (Ağazadə) X20 rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 559 nömrəli arayışdan görünür ki, Ərizəçi2 Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2 və Ərizəçi1. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin xx xxxxx 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən X15, X24, X22, X25 və X9 birgə mülkiyyətinə 0,83 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-362A (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 soyadı səhvən «Ağayeva», Ərizəçi2 soyadı səhvən «Ağayev» və mərhum X11 adı səhvən «Səyyarə» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi1 soyadının əvvəlcə Ağazadə, nikaha daxil olduğdan sonra Dadaşzadə olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Dadaşzadə (Ağazadə) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxx 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən X15, X24, X22, X25 və X9 birgə mülkiyyətinə verilmiş JN-362A (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Dadaşzadə (Ağazadə) Şahnaz Zahir qızı, Ərizəçi2 və mərhum X13 aid hissədə Dadaşzadə (Ağazadə) Şahnaz Zahir qızı, Ərizəçi2 və mərhum X13 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-86/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-86/2021
26.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver